Xanım Zəhranın (s.ə) haqqına hörmət etməyənlər tarixən cəzalarına çatıblar
Mьəllif: admin1
Tarix: 18-11-2024, 10:46
Xanım Zəhranın (s.ə) haqqına hörmət etməyənlər tarixən cəzalarına çatıblar

Həzrət Peyğəmbər (s) həyatda olan zaman öz rəftar və danışıqları ilə müsəlmanlara başa salırdı ki, heç kəsin haqqı yoxdur ki, qızı Fatimənin (s.ə) haqqını görməməzliyə vursun.

Buna baxmayaraq, Xanımın (s.ə) son günlərində ona çox hörmətsizlik edilmişdi. Lakin hər bir halda Xanımın (s.ə) adı İslam ümməti arasında həmişə ehtiramla anılmışdır.

Həzrət Peyğəmbər (s) buyurur: “Amma qızım Fatimə (s.ə) həqiqətən, əvvəlinci və axırıncı dünya qadınlarının seyyidəsidir. O, mənim varlığımın bir parçasıdır. O, mənim gözümün nurudur. O, mənim ürəyimin meyvəsidir. O, mənim ruhumdur”.

Məhdi Abbasi yuxuda görür ki, qazi Şərik üzünü ondan çevirir. Yuxudan duran zaman həmin dövrün yuxu yozanını çağırıb yuxusunu danışır.

Ondan istəyir ki, yozsun. Yuxu yozan deyir ki, həmin qazi - Həzrət Fatiməni (s.ə) sevənlərdəndir. Məhdi əmr verir ki, Şəriki onun yanına gətirsinlər.

O, gələndən sonra Məhdi ona deyir: “Mənə xəbər veriblər ki, sən Fatimənin (s.ə) dostlarındansan və Əhli-beyt (ə) davamçısısan”.

Şərik deyir: “Allaha pənah aparıram ki, mən Fatimi deyiləm. Fatimə dedikdə İran padşahıın qızı Fatiməni nəzərdə tutursunuz?”.

Məhdi deyir: “Yox, məqsədim Peyğəmbərin (s) qızı Fatimədir (s.ə)”.

Şərik deyir: “Məgər sən Fatiməni (s.ə) pis bilirsən? Məgər onu lənətləyirsən?”.

Məhdi deyir: “Heç bir zaman. Bundan Allaha pənah aparıram”.

Şərik deyir: “Bəs onu lənətləyən haqqında nə deyirsən?”.

Məhdi deyir: “Allah belə insana lənət etsin”.

Şərik deyir: “Onda yuxu yozana lənət de”.

Yuxu yozan deyir: “Yox, əmirəl-möminin, mən heç bir zaman Fatiməni (s.ə) lənətləməmişəm”.

Bu zaman Şərik yuxu yozana deyir: “Ey pis fitrətli! Bəs kişilərin məclisində iki aləm Xanımı (s.ə) haqqında dediklərin nə idi?”.

Məhdi deyir: “Onda mənim gördüyüm yuxunun yozumu nədir?”.

Şərik deyir: “Sənin yuxun Həzərt Yusifin yuxusu deyildir ki?! Qanlar heç bir zaman yuxu vasitəsilə halal olmaz”.

Bir gün Fəzl ibni Rəbihin yanına bir nəfəri gətirirlər ki, Həzrət Fatiməyə (s.ə) qarşı hörmətsiz ifadələr işlətmişdi.

Fəzl, ibni Ğənama deyir: “Sənin bu kişi barəsindəki nəzərin nədir?”.

İbni Ğənam deyir: “Ona cəza kəsmək lazımdır”.

Fəzl deyir: “Elə nəzər verdin ki, sanki anan haqqında bu sözü deyiblər”.

Həmin kişiyə min şallaq vurub cənazəsini insanların gəlib-getdiyi yerdən asdılar ki, başqalarına da ibrət olsun.

Beləliklə deyə bilərik ki, Xanımın (s.ə) əzəməti o qədər böyük idi ki, hər bir müsəlman ona hörmət etməyi öz vəzifəsi hesab edir.

Buna səbəb olan da həm Peyğəmbərin (s) onun haqqında buyurduqlarıdır və həm də Xanımın (s.ə) öz ruhi və elmi məqamıdır ki, başqalarının onu təhqir etməsinə imkan yaratmır.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031