Ölüm mələyi necə simadadır?
Mьəllif: admin1
Tarix: 3-02-2023, 12:00
Ölüm mələyi necə simadadır?

Quran ayələrindən və hədislərdən belə nəticə çıxartmaq olar ki, insanların ruhunun qəbz olunması fərqli olur. Ölüm mələyi müxtəlif insanlarla müxtəlif cür rəftar edir. Biri ilə mehriban və mülayim və o birisi ilə kobud və əsəbi.

Bəs Ölüm mələyi necədir? Can verən insana necə zahir olur və qiyafəsi nə şəkildədir?

Həzrət İbrahim Xəlil (ə) Ölüm Mələyinə buyurur: “Əxlaqsız insanın ruhunu alan zaman hansı simada olursansa, onu mənə göstərə bilərsənmi?.

Ölüm mələyi deyir: “Sənin onu görməyə taqətin çatmaz”.

Həzrət İbrahim (ə) buyurdu: “Səni elə görməyə taqətim vardır”.

Ölüm mələyi deyir: “Üzünü məndən çevir və sonra mənə bax”.

Həzrət İbrahim (ə) Ölüm mələyinə nəzər saldı və gördü ki, qara üzlü bir kişidir ki, düz saçları vardır. Pis iy verir və paltarı qaradır. Ağzından və burnunun iki deşiyindən atəş və tüstü çıxır. Həzrət İbrahim (ə) qəşş edir.

Halbuki, Ölüm mələyi onun qarşısında gözəl simada dayanmışdı. Necə oldu ki, anidən qiyafəsi dəyişdi?

Mələklər mücərrəd varlıqlardır, maddi deyildirlər. Maddi varlıq məkan və zamana tabe olar və dəyişər və məhv olar. Halbuki, mücərrəd varlıqlar belə deyildir.

Mələklər də mücərrəd olduqları üçün maddənin xüsusiyyətinə tabe olmurlar. Bəs necə olur ki, mələk insan cilidinə girə bilir?

Bu sualın cavabında demək olar ki, mələyi görən insan öz dərk səviyyəsinə görə onu insan cildində görər. Halbuki, idrakdan kənarda həqiqət başqadır. Əgər mələyi insan cildində təsəvvür etsək, həqiqi insana bənzəyər.

Qurani-Kərim Cəbrayilin (ə) Həzrət Məryəmə (s.ə) zahir olmasını belə bəyan edir: “Beləliklə onların qarşısında özü üçün (xəlvət bir yer düzəldərək Allaha ibadətlə məşğul olmaq məqsədi ilə) bir pərdə çəkdi. Bu halda Biz Öz ruhumuzu (Cəbraili) onun yanına göndərdik və o, onun üçün kamil bir insan surətinə düşdü”. (“Məryəm” 17).

Bu, o mənadadır ki, Cəbrayil (ə) Məryəmin (s.ə) idrakında bəşər cildində hiss olunmuşdur. Nəinki Cəbrayil (ə) həqiqətən o sifətdə idi.

İnsan idrakı ona elə şeyləri görtərir ki, daima o cür şeylərlə ülfətdə olmuşdur. Misal üçün Cəbrayil (ə) insan cildində görünmüşdür. Ya da Əmirəl-mömininə (ə) gözəl insan clidində zahir olan mələk kimi.

Ona görə də demək olar ki, mələklər mücərrəd varlıqlardır və əgər insanla rabitə qurarsa, insan cildində təsəvvür olunar. Ona görə də deyə bilərik ki, ölüm mələyi ona görə insanlara müxtəlif simada zahir olur ki, insan idrakı onu o cür təsəvvür edir. Əslində isə Ölüm mələyinin həqiqi siması belə deyildir.

Ölüm mələyi və qəbz edən mələklər saf və aydın bir varlıqlardır. Nə zaman can verən insana zahir olsalar, onun əməl və əxlaqının mələkut simasına bürünərlər.

Əslində can verən insan öz mələkut simasını Ölüm mələyində müşahidə edər. Ona görə də möminə zahir olan mələklər gözəl simada və kafirlər üçün isə çirkin və nifrətli simada zahir olarlar.

Hər nə qədər can verən insanın ruhu pak və səfalı olarsa, zahir olan mələk daha gözəl və ürəyə yatan olar. Hər nə qədər əməli çirkin olarsa, mələk də çirkin və kobud olar.

Beləliklə, deyə bilərik ki, Ölüm mələyi mücərrəd varlıqdır. O, xüsusi qüvvə ilə mücərrəd olan ruhları qəbz edər. Onların heç biri zaman və məkana tabe olmur.

Ona görə də Ölüm mələyi bir anda bir neçə nəfərin ruhunu qəzb edə bilir. Çünki zamana və məkana tabe deyildir.

Bu haqda İmam Sadiq (ə) buyurur: “Ölüm mələyindən soruşurlar: “Necə olur ki, bir vaxtda ruhları qəbz edə bilirsən. Halbuki onların bəzisi şərqdədir və bəzisi qərbdədir?”.

Cavab verir: “Bu ruhları özümə tərəf çağıraram və onlar da gələrlər””.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031