Əhdə vəfa etmək hər bir müsəlmana vacibdir
Mьəllif: admin1
Tarix: 24-01-2021, 10:41
Əhdə vəfa etmək hər bir müsəlmana vacibdir

Əhli-Beytdən (ə) nəql edilir: “Dörd şey vardır ki, əgər hər kimdə olsa, İslamı kamil olar. İmanına yardım edər, günahları pak olar, Allahla ondan razı olan halda görüşər.

Bu dörd şey ibarətdir: Allaha xatir bağladığı əhdə vəfa edər, bütün insanlarla düz danışar, Allah və insanların yanında çirkin olan əməllərə görə həya edər, ailəsi və bütün insanlarla xoş əxlaqlı olar.

Dörd şey vardır ki, möminlərin hər birində olsa, Allah ona ən şərəfli yerdə yer verər: O kəs ki, yetimə pənah verər, ona sevgi ilə nəzər salar, ona qarşı mehriban ata olar. O kəs ki, gücsüzə rəhm edər və ona yardım edər.

O kəs ki, ata və anasının xərcini verər və onlarla mehriban olar və hər ikisinə yaxşılıq edər. Onları qəmgin etməz. O kəs ki, xidmətçisinin və nökərinin haqqına təcavüz etməz. Onu gücü çatmayan işlərdə işlətməz”.

Bəzən Allahını tanıyan insan istər maddi, istər əxlaq, istər ailə məsələlərində bir işi öhdəsinə götürür və söz verir ki, yerinə yetirəcəkdir. Nəzərə almaq lazımdır ki, əhdə vəfa etmək - zəruri məsələlərdəndir.

“Və əhd-peymanınıza (istər Allahın sizlə olan əhd-peymanı olsun, istər sizin Allahla olan əhd-peymanınız, yaxud sizin özünüzün bir-birinizlə olan əhd-peymanınız) vəfa edin”. (“İsra” 34).

“Və bu kitabda İsmaili xatırla. O, vədlərində doğruçu və (Allahın) elçi(si və xalqa) xəbər gətirən idi”. (“Məryəm” 54).

“Və o kəslər ki, özlərinin (xalqla və yaradanla) əmanətlərinə və (Allahın onlarla bağladığı, yaxud özləri öz aralarında bağladıqları və ya camaatla bağladıqları) əhd-peymanlarına riayət edirlər”. (“Muminun” 8).

Əbu Malik nəql edir ki, İmam Səccada (ə) dedim ki, məni dinin bütün qanunlarından xəbərdar et. Həzrət (ə) buyurdu: “Haqqı demək, ədalətlə hökumət etmək, əhdə vəfa etmək - dinin bütün qanunudur”.

Hüseyn ibni Məsəb deyir ki, İmam Sadiqdən (ə) eşitmişəm ki, buyurub: “Üç şey vardır ki, ona əməl etməkdə heç kəs üçün üzr yoxdur: yaxşı və pis əməl sahibinin əmanətinə əda etmək, yaxşı və pis əməl sahibinin əhdinə vəfa etmək, ata və anaya yaxşılıq etmək - istər hər ikisi yaxşı olsun və istərsə də pis”.

İmam Kazım (ə) buyurur: “O kəs ki, əhdinə vəfa etməz - dini yoxdur”.

Düz danışmaq elə bir fəzilətli sifətdir ki, Allah bütün insanlardan onu istəyir. Bütün İlahi peyğəmbərlər, Məsum İmamlar (ə) və İlahi övliyalar bu gözəl sifətə malik idilər. Mömin heç bir zaman yalan danışmaz. Həqiqəti gizlətməkdən çəkinər.

Bir nəfər İmam Əlinin (ə) xidmətinə gəlir və Həzrət öz səhabələrinin yanında idi. Həzrətə (ə) salam verir və deyir: “Allaha and olsun ki, mən səni çox istəyirəm və sənə aşiqəm. Həzrət Əli (ə) buyurdu: “Yalan deyirsən”.

Həmin kişi deyir: “Allaha and olsun ki, çox istəyirəm”.

Bu sözü üç dəfə təkrar edir. Həzrət (ə) buyurur: “Yalan deyirsən, sən dediyin kimi deyildir. Çünki Allah ruhları bədəndən iki min əvvəl xəlq edər.

Sonra dostlarımızı bizə təqdim edər. Allaha and olsun ki, bizə təqdim olunan ruhların içində səni görmürəm”. Həmin kişi sakit oldu. Bir daha bu sözünə qayıtmadı”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031