Əhli-Beytdən (ə) çatan dualar insan nəfsini dünya əlaqələrindən kəsər
Mьəllif: admin1
Tarix: 7-11-2021, 21:09
Əhli-Beytdən (ə) çatan dualar insan nəfsini dünya əlaqələrindən kəsər

Əhli-beytdən (ə) bizə çatan dualar: “Kumeyl”, “Şəbaniyyə”, Həzrət Seyyidüş-şühədanın (ə) duası, “Səmat” duası - bu dualar insanı düzəldir.

Bu dualar insanı zülmətdən çıxardır. İnsan zülmətdən çıxan zaman insan olur və iş görür - ancaq Allah üçün.

Əhli-beyt (ə) bir çox məsələləri dua dili ilə bəyan etmişdir. Ruhani məsələləri, Allahın dəqiq məsələlərini, o biri dünyanın məsələlərini dua dili ilə bəyan ediblər.

Lakin biz duaları axıra qədər oxuyuruq, amma çox təəssüf ki, mənasına diqqət etmirik. Əslində başa düşmürük ki, nə demək istəmişdilər.

Əhli-beytdən (ə) bizə çatan bu dualar bizi yüngülləşdirər, zülmətdən çıxardar, nəfsi giriftarlıqlardan xaric edər. Bu dualar insan nəfsini dünya əlaqələrindən kəsər.

Dünya əlaqələridir ki, insanı çarəsiz edər. İnsanı bu təbiət aləmindəki giriftarlıqları çaşdırmışdır. İnsana nicat verər və insanı getməli olduğu yolla aparar. Başqa yollar insanın yolu deyildir. Sirat yolu – insanın yoludur.

Hər bir əməlin əvvəli – fikirdir. Hər işdən əvvəl həmin işin ətrafında təfəkkür edirsən. Əgər bizim ruhumuz zəif olsa, heç bir iş görə bilmərik. Ona görə də ruhu gücləndirin, ürəyinizi gücləndirin.

Bu qədər dua insanı Allaha təvəkkül etməyə dəvət edir. Çünki O, qüdrətin mərkəzidir. Bu qədər dəvət edir ki, Allahdan qeyrisinə söykənməyin. Hər kimin Allahı var, gərək heç bir şeydən qorxmasın.


Oxşar xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930