Çətinlik yükümüzü necə asan edək? - ARAŞDIRMA
(Tebyan saytına istinadən) Biz elə bir dünyada yaşayırıq ki, çox sayda çətinliklərimiz vardır. Hər şey bahalaşıb, iş tapılmır, evliliklərin sayı azalmış və boşanma halları artmışdır, insanlar bir-birinə qarşı qəzəblidirlər. Əgər kiminləsə bir saat dərdləmək istəsək, görərik ki, onun dərdi bizimkindən də böyükdür. Əgər kiməsə yardım əlini uzatsaq, əlimizi geri qaytarar. Kiçik olan zaman həyətmizdə bir qoz ağacı var idi. Çox yüksək bir ağac idi. Həyətdə göyərti də əkilmişdi. Onların arasında balqabaq da əkilmişdir ki, böyüyüb, torpağın üzərində özünə yer edərdi və rəngi saralan kimi onu dərərdik. Payız gələn kimi qozlar bir-bir yerə tökülərdi. Hər bir canlı bitki öz yükünü yerə qoyar və qış yuxusuna gedərdi. Mənim kiçik zehnimi həmişə bu sual məşğul edərdi ki, bu qədər əzəmətli ağac niyə bu qədər kiçik meyvə verir? Lakin bu balqabaq ki, kiçik tağdan meydana gəlir? Anama bu sual verəndə, mənə demişdi: “Bu balqabaq bütün ağırlığını torpağın üstünə qoyduğu üçün bu qədər böyüyə bilir. Lakin əgər qoz ağacında bu qədər böyük meyvə olsaydı, ağırlıqdan budaqları sınardı. Balqabaq yerdə olduğu üçün torpaq onu daşıya bilir. Ancaq qoz yüksək budaqda olduğu üçün onun ağırlığını ağac saxlaya bilməzdi. Ona görə də yadda saxla ki, ağır yük təkbaşına məqsədə çatdırıla bilməz. Gərək yardım alsın. Özündən qüvvətli birindən yardım alsın. Əgər bu işi görsən, həyatda müvəffəq olarsan, böyük hədəflərə çata bilərsən”. Bu gün bu qədər müşkülün olduğu bir zamanda ətrafımıza baxırıq və görürük ki, hər kəsin öz yükü vardır və hədəfinə doğru irəliləyir. İnsanlar səhərdən axşama qədər çalışır və səy göstərirlər. Bəzən elə insanlar görürük ki, onlar da bu küçələrdə yol gedirlər, ancaq qaçmırlar. Həmişə gülərüzdürlər və başqalarını qabaqlamaq üçün səy göstərməzlər və nə də geridə qalanlara tənə vurmazlar. Onlar işlərini yaxşı yerinə yetirər və hamı onlara hörmət edər. Onlar həmişə hamıdan bir addım qabaqdadırlar. Çətinlik yükünü təkbaşına gəzdirməzlər, onlar o kəslərdir ki, əllərini Allahın qüdrətinə uzadıblar. Onlar təvəkkül edənlərdir və həyatın bütün çətinliklərinə baxmayaraq, hüzurla yaşayarlar. Onlar qoz ağacı kimi uzaqdan nəzərə çarpmazlar, sakit yaşayarlar. Əlidolu halda ömürlərinin payız fəslinə daxil olarlar. Bunlar Allaha təvəkkül edən bəndələrdir. Həyatın bu çətinlikləri ilə mübarizə aparmaq istəyən hər bir insan gərək Allahı unutmasın və Ona təvəkkül etsin. Bizim elə bir Xaliqimiz vardır ki, bütün dərdlərimizə şərik olar və yükümüzü yüngülləşdirər. Sözlərimizə qulaq verər və qüdrəti bütün qüdrətlərdən üstündür. Gəlin biz də bu zəif əllərimizi Allahın dərgahına uzadaq və təvəkkül edək. Biz dünyanı dəyişdirə bilmərik, insanları da. Ona görə də ən yaxşı yol – Allaha təvəkkül etməkdir. Allah bizi aşiqcəsinə sevir və bizi heç bir bəhanə ilə tərk etmir. /Deyerler.org/ Oxşar xəbərlər
|