İnsan gərək adını bütün yaxşı işlərə yazsın və özünü şərik etsin
Mьəllif: admin1
Tarix: 24-03-2022, 10:50
İnsan gərək adını bütün yaxşı işlərə yazsın və özünü şərik etsin
Ayətullah Behcət bizlərə öz nurani tövsiyələrində buyurmuşdur: “Allah etsin ki, Qurana qarşı, dinə qarşı, dindarlığa qarşı lazımlı batini yaxınlığa malik olaq. Kitab və itrət bizə kifayət edər ki, dinin haqq olmasında yəqinliyə çataq.

Bəzi salehlər behiştə çatmaq şövqündən ölüblər. Çünki rəhmət, nemət, əzab haqqında olan ayələr dindar insana təsir qoyar.

Allah bilir ki, mənəvi məqama sahib olanlar xəlvətdə və münacat zamanı hansı halda olurlar. Necə də İlahi nuru müşahidə edən zaman yanarlar, baxmayaraq ki, qısa müddət olsa belə.

Biz itaətdə əzmdə, qüdrətli və bilikli zənginlə yoldaş olmaqda kərimik. Günah əzmində və aciz yoxsulla yoldaş olmaqda cahilik.

İtaəti asanlaşdırmaq və günahdan çəkinmək üçün diqqət etməkdən və yəqinə çatmaqdan başqa yolumuz yoxdur. İtaət - bütün nemətlərə, xoşluqlara və izzətə çatmaq deməkdir. Günah - ibarətdir məhrumluq, naxoşluq, zillətdən...

Əgər kimsə elm tələbində olsa və bu tələbində ciddi və ixlaslı olsa, qapı və divar Allahın izni ilə müəllim olar.

İmamlarımız (ə) bizə öyrədiblər ki, yəqin etdiklərimizə əməl edək və o yerdə ki, yəqinimiz yoxdur, dayanaq və ehtiyat edək.

Yaxşı olar ki, insan adını bütün yaxşı işlərə yazsın və özünü şərik etsin. Çünki Qiyamətin sabahısı məlum deyildir ki, hansı qəbul olar, hansı rədd olar.

İnsan gərək xeyir işlər və onun yerinə yetirilməsi haqqında düşünsün. Elə düşünsün ki, hədəfə çatmaq üçün yenilik olsun.

İnsan ölümə nə qədər yaxındır. Eyni zamanda onu necə də uzaq hesab edir və ondan qafildir.

Hər gecə bərzəx aləminə gedirik ki, ixtiyarı əlimizdə deyildir. Bununla belə ölümdən qafilik.

Xoş olsun o kəsə ki, yaxşı halla dünyadan gedibdir, axirətdə yaxşı qarşılanar”. (Ayətullah Behcətin əxlaq dərslərindən)


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031