Ölüyə sidr və kafur vurulmasının səbəbi nədir?
Mьəllif: Admin
Tarix: 27-04-2024, 12:17
Ölüyə sidr və kafur vurulmasının səbəbi nədir?
Sual: Meyitin sidr və kafur ilə yuyulması haqda əhli-sünnə mənbələrində hədis varmı?

Sələfilər deyir ki, İslamda belə şey yoxdur. Sidr və kafuru bir cümlə ilə izah edin.

Cavab: Sidr - şam fəsiləsindən olan həmişəyaşıl, iynəyarpaqlı ağacdır. Kafur - dəfnəkimilər fəsiləsindən həmişəyaşıl ağacdır.

Sidr və kafur mövzusu hər iki ənənəvi məzhəbin kitablarında yer almışdır.

Buxarinin “Səhih” əsərində rəvayət edilir ki, Ummu Ətiyyə əl-Ənsariyyə demişdir: Peyğəmbərin (s) qızı (Zeynəb) vəfat etdikdə, o, bizim yanımıza gəlib dedi: “Onu üç və ya beş dəfə, yaxud məsləhət bilirsinizsə, bundan da çox su və sidr ilə yuyun. Axırıncısına kafur da qatın. İşinizi bitirdikdən sonra mənə xəbər verin.”

Biz (onu yuyub) qurtardıqdan sonra peyğəmbərə (s) xəbər verdik. O izarını bizə verib buyurdu: “Onu buna sarıyın.” Bu hədis Səhih Buxarinin müxtəsər cəmləndiyi bir cildik kitabında bu qeyd olunan səhifədədir: “Əl-Buxari”, (müxtəsər) 1253. səh. 234; Həmçinin bax: “İslam fiqhi”, səh. 223

Bu mövzuda imam Şafei öz fiqh kitabında yazır: “...Sonra təpədən dırnağa qədər sadəcə su kafur ilə birlikdə tökülür. Yalnız ehramda ölən kimsə üçün kafur kimi ətirli bir şey istifadə etmək caiz deyildir.” “Büyük Şafii İlmihali”, Halil Günenç səh. 200

Hənəfi məzhəbinin fiqhi kitabında da kafurdan söz açılır: “...Sonra başına, üzünə və saqqalına gözəl ətirlər sürtülər, səcdə yerlərinə kafur tökülür.” “Dəlilləriylə İslam İlmihali”, Prof. Dr. Hamdi Döndürən, səh. 400

Hədislərə əsasən, kafur meyitin səcdə üzvlərinə sürtülür. “Furu-ul Kafi” c. 3, səh. 144

Sidr və kafur insana faydası olan bitkilərdir. Onlardan xüsusi yağlar, sular hazırlanır. Bir çox xəstəliklərin müalicəsində əvəzedilməz rola malikdir. Ölünü yuyarkən də istifadə edilməsinin özünəməxsus səbəb və faydaları vardır.

Sidr və kafur mikrob öldürən maddə kimi tibdə geniş isifadə olunur. Kam¬fora da elə kafurdan alınan yağdır. Ölünü yuyarkən bu iki maddənin suya az şəkildə qatılması buna görədir ki, bəzən meyit yuyulduqdan sonra yaxınları onu öpmək, qucaqlamaq istəyir və sair vasitələrlə toxunurlar.

Ruh bədəndən çıxdığından, cansız bədən daha tez mikroba yoluxa bilir və özünü bu mikroblardan müdafiə etmə qabiliyyətinə malik deyil.

Sidr və kafurdan istifadə edilməzsə, ölüyə toxunmaq gigiyenik baxımdan təhlükə yaradır. Belə olan təqdirdə, bu maddələrlə yuyulan meyitə bir müddət mikrob yoluxmur.

Ümumiyyətlə, bir çox dini hökmlərin əsl fəlsəfəsi bizə tam aydın olmaya bilər. Amma bilmək lazımdır ki, hər dini hökmün mütləq bir ağıllı izahı vardır. Çünki onu bizlərə ən kamil ağılın sahibi çatdırmışdır.

Bu məhlulun funksiyası insanın özünəməxsus qoxusunu itirməyə xidmət edir. İnsan dünyasını dəyişən zaman cənazə qoxumağa başlayır, bu isə digər yırtıcı heyvanları cənazəyə cəlb edir. Məhz bunun baş verməməsi üçün də “sidr-kafur”dan istifadə edilir.


Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı

"İslamda Vardır" kitabından

Ahlibeyt.ge


Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031