Haqqın təxirə düşməsi insan üçün problem yaradırmı?
Mьəllif: Admin
Tarix: 19-10-2021, 11:16
Haqqın təxirə düşməsi insan üçün problem yaradırmı?
Haqq və batili nə fərqləndirir?

Mübarək dinimiz haqqın bütün hallarda aktual olmasını, hər bir vəziyyətdə keçərli olmasını bəyan edir. Və eyni zamanda, batilin tərəfdarları nə qədər çox olsa da, dinimiz bunun əhəmiyyət daşımadığını, əksinə – batilin hər bir halda əsassız olmasını vurğulayır.

İmam Əli (ə) buyurur: “Haqq və həqiqət bütün hallarda təzədir, baxmayaraq ki, müddəti keçmiş olsa belə. Batil həmişə alçaq və əsassızdır, baxmayaraq ki, çox sayda insan onu himayə etsə belə”.

Digər mübarək buyuruşda bildirilir ki, haqqın təxirə düşməsi insan üçün problem deyildir. O, əvvəl-axır haqqını tələb edəcək, ədaləti bərqərar edəcəkdir. Amma, əgər insan haqqını tələb etməkdə ifrata varırsa, bu halda o, artıq digərinin haqqına girir. Bunu isə etmək qətiyyən olmaz.

Əmirəl-möminin (ə) buyurur: “İnsan üçün eyib deyildir ki, haqqı təxirə düşsün. Eyib odur ki, haqqı olmayan şeyi alsın”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31