Halından pərişan olan, bu 3 həqiqi problemi yada salsın
Mьəllif: Admin
Tarix: 22-07-2021, 10:27
Halından pərişan olan, bu 3 həqiqi problemi yada salsın
Bir nəfər İmam Səccadın (ə) xidmətinə gəlir və halından şikayət edir.

Əziz İmam (ə) ona buyurur: “Biçarə o insandır ki, başına üç müsibət gələr və heç birindən ibrət almaz. Əgər ibrət alsaydı, dünya müsibətləri onun üçün asan olardı.

(Başına gələn müsibətlər bunlardır):

1. Ömründən keçən hər gün ömrünü azaldar. Halbuki, əgər malından nəyisə azalsaydı, onu bərpa etmək olardı. Ancaq ömrün azalması bərpa edilən deyildir.

2. Hər gün ona çatan ruzi əgər halal yoldan olarsa, hesab verməlidir. Əks halda cəzası vardır. (Bu hesab və cəza Allah dərgahında onu gözləyir).

3. Ən böyük müsibət – üçüncü müsibətdir. Hər gün ki, insan həyatından keçər – o qədər onu axirətə yaxınlaşdırar. Ancaq bilməz ki, cənnətə gedəcəkdir, yoxsa cəhənnəmə.

Əgər həqiqətən bu üç müsibəti düşünsə, maddi giriftarlıqlar onun üçün asan olar”.
(İslami saytlara istinadən)

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031