Allaha şükür etməyin 3 mərtəbəsi
Mьəllif: Admin
Tarix: 8-07-2021, 23:38
Allaha şükür etməyin 3 mərtəbəsi
Allaha şükür etməyin üç mərtəbəsi vardır:

- qəlblə edilən şükür:

- dillə edilən şükür;

- əməllə edilən şükür.

1. Qəlb şükrü. Qəlb şükrü deyildikdə, Allahın nemətlərinə daima diqqət etmək və onlara təzim etmək nəzərdə tutulur. İnsan bu şükrü sayəsində nə qədər aciz və zəif olduğunu bildirər.

Hər kim dünya nemətləri barəsində təfəkkür edərsə, mütiliyi daha da artar və dini mərifəti yüksələr. “Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım. Mənə şükür edin və küfr və nemətlərimə nankorluq etməyin”. (“Bəqərə” 152).

2. Dillə şükür etmək. İnsan o zaman ki, Allahın nemətlərinə şükür etmək üçün Allahın təsbih və həmdi ilə məşğul olar – bu, dillə edilən şükür adlanar.

Əmr-be-məruf və nəhy-əz-münkər etmək və insanları yaxşı işlərə dəvət etmək də dillə edilən şükürlərdən hesab olunur.

“Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir. Həmçinin (istəyir ki,) müəyyən olunmuş miqdarı (otuz günü) tamamlayasınız və sizi hidayət etməsinin şükrü olaraq «təkbir» deyərək Allahı əzəmətli sayasınız, bəlkə (Onun) şükrünü yerinə yetirə bildiniz”. (“Bəqərə” 185).

3. Əməllə şükür etmək. Şükrün üçüncü mərtəbəsi – əməllə edilən şükürdür. Hər kim Allahın ona verdiyi nemətdən düzgün istifadə edərsə, o zaman əməldə şükür etmiş olar. Allah Təala insana bu nemətləri əslində ibadət və itaət etməsi üçün vermişdir.

Hər kim gözünü, qulaqlarını harama yumarsa və haram qidalardan çəkinərsə, haram işlər görməzsə – o zaman əməldə şükür etmiş olar. Yəni, Allahın ona verdiyi nemətdən Allah istəyən kimi istifadə edər.

“Ey iman gətirənlər, ruziniz etdiyimiz pak şeylərdən yeyin (yer üzündə sizin üçün yaratdığımız və pak olan şeylərin hamısından bəhrələnin) və əgər yalnız Allaha ibadət edirsinizsə, Ona şükür edin (çünki şükürsüz ibadət kamil deyildir)”. (“Bəqərə” 172).

İmam Sadiq (ə) buyurur: “Tövratda yazılmışdır: O kəs ki, sənə nemət verər, təşəkkür et. Hər kim sənə təşəkkür edərsə, ona nemət ver. Çünki şükür etməklə nemətlər məhv olmaz. Naşükürlük ilə davamlı qalmaz. Şükür etmək nemətin artmaq mənbəyidir””.



/Deyerler.org/
Oxşar xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930