Övlad sahibi olmaq, ruzini artırmaq, borcu qaytarmaq… – “Muzzəmmil” surəsinin fəzilətləri
Mьəllif: Admin
Tarix: 24-04-2024, 12:34
Övlad sahibi olmaq, ruzini artırmaq, borcu qaytarmaq… – “Muzzəmmil” surəsinin fəzilətləri
“Muzzəmmil” surəsi Quranın 73-cü surəsidir ki, Məkkədə nazil olmuşdur. 20 ayəsi vardır.

Həzrət Peyğəmbər (s) bu surə barəsində buyurur: “Hər kim “Muzzəmmil” surəsini oxuyarsa, dünya və axirət çətinlikləri ondan dəf olar”.

İmam Sadiq (ə) buyurur: “Hər kim gecənin sonunda öz işa namazında “Muzzəmmil” surəsini oxuyarsa, gecə və gündüz – iki şahid kimi, bu surənin qarisinin faydasına şəhadət verərlər. Allah ona pak həyat verər və pak ölümlə dünyadan gedər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Müzzəmmil” surəsini oxuyarsa, ona o kəsin əcri kimi əcr verilər ki, Allah yolunda cinlərin və şeytanların sayı qədər qul azad etmişdir.

Dünya və axirətin çətinliyi ondan götürülər. Hər kim “Muzzəmmil” surəsini davamlı oxuyarsa, Peyğəmbəri (s) yuxuda görər. Ürəyi nə istəyirsə, ondan istəyə bilər”.

İmam Sadiq (ə) buyurur: “Hər kim bu surəni cümə gecəsində 100 dəfə oxuyarsa, Allah onun yüz günahını bağışlayar. Ona min həsənə əta edər”.

Ərlə arvadın barışmasına səbəb olar.

Hədislərimiz buyurur ki, əgər bu surəni şərbətə 3 dəfə oxusalar və onu ərlə arvada içizdirsələr – bir-biri ilə mehriban olarlar.

İtmiş əşyanı taparlar.

Hər kim nəyisə itirərsə, 10 gün ərzində gündə 1 dəfə bu surəni oxusun və Allahın izni ilə həmin şey tapılar.

Övlad sahibi olmaq üçün.

Əgər kiminsə övladı olmursa, ərlə arvad hər ikisi də oruc tutsunlar. İftar zamanı qüsl etsinlər. Bu surəni suya bir dəfə oxusunlar. Həmin suyu içsinlər. Allahın izni ilə övlad sahibi olarlar.

Borcu qaytarmaq.

Hər kimin borcu olarsa, hər namazdan sonra bu surəni oxumağa davam etsin. Bu zaman borcunu qaytarar.

Ruzisi artar.

Əgər kiminsə ruzisi az, olarsa 40 gün bir dəfə bu surəni oxusun, Allahın izni ilə ruzisi artar.


/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031