Uca Allahı imtahana çəkmək necə olur?
![]() Həzrət (ə) buyurur: “Layiqli deyildir ki, bəndə Allahı imtahana çəksin. Odur ki, bəndələrini imtahana çəkər. O möcüzəni Allah mənə icazə vermişdir, ancaq buna icazə verməmişdir”. Həzrət İsa (ə) bir gecə Nasiriyyə şəhərində idi və ev sahibi Həzrətə (ə) deyir: “Şəhərdə bir neçə xəstə vardır ki, həkimlər onları müalicə etməkdən acizdirlər. Əgər icazə versəniz, onları sizin xidmətinizə gətirərəm”. Həzrət İsa (ə) qəbul edir. Səhər olan kimi xəstələri Həzrət İsanın (ə) yanına gətirdilər ki, onlara şəfa versin. Onların sayı təxminən on nəfər idi. Həzrət (ə) buyurur: “Xəstələriniz elə bu on nəfərdir?”. Deyirlər ki, bəli. Həzrət (ə) deyir: “Əgər bu şəhərin sağlamları bu sayda olsaydı, mənim üçün təəccüblü olardı”. /Deyerler.org/ Oxşar xəbərlər
|