Həzrət Fatimeyi-Zəhranın (s.ə) yüksək məqamı
Mьəllif: admin1
Tarix: 23-11-2024, 12:45
Həzrət Fatimeyi-Zəhranın (s.ə) yüksək məqamı
Həzrət Fatimeyi-Zəhra (s.ə) həqiqi bir rəhbər rolu ifa etmişdir. İmam Əlinin (ə) də buyurduğu kimi, “Fatimeyi-Zəhra kişi olsaydı, peyğəmbər olardı”. (“Səhifeyi-İmam”, c.7, səh.337 )

Bu çox böyük, heyrətamiz bir fikirdir və belə bir fikri yalnız imam (ə) kimi həm alim, həm fəqih, həm də arif olan dahi bir şəxsiyyətdən eşitmək olar; bu sözləri o söyləyib.

Fatimeyi-Zəhra (s.ə) budur – sözün tam mənasında bir rəhbər; bir peyğəmbər kimi, bütün bəşəriyyəti doğru yola istiqamətləndirən və bir yolgöstərən kimi.

Gənc qız olan pak, müqəddəs Fatimə (s.ə) özünü bax belə bir məqamda, belə bir səviyyədə göstərmişdir. İslamdakı qadın budur.

Fatimeyi-Zəhra (s.ə) bir müsəlman qadınıdır, bir müsəlman qadınının ola biləcəyi ən yüksək səviyyədə, yəni rəhbər səviyyəsində bir qadındır. Lakin daşıyıcısı olduğu ali keyfiyyətlər və varlığının səviyyəsi baxımından peyğəmbərə bərabər ola biləcək bu qadın həm də anadır, həyat yoldaşıdır, evdar xanımdır.

Baxın, bunları dərk etmək lazımdır. Qərblilərin puç sözlərinə aldanmış qafillər (Onları başqa cür necə adlandırmaq olar ki?) xanımların evdarlıq etməyini, öz evi, ailəsi ilə məşğul olmağını bu qədər alçaldıb gözdən salmasınlar.

Bir qadının evdarlıq etməyi onun insan yetişdirməyi deməkdir, varlıq aləminin ən ali, ən yüksək məhsulunu – yəni bəşər övladını araya-ərsəyə gətirməyi deməkdir. Qadının evdarlıq etməyi budur. (Ali Məqamlı Rəhbərin Əhli-Beyt (ə) məddahları ilə görüşü zamanı etdiyi çıxış – 23 /02/ 2017.)


Maide.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031