Qəbir sıxıntısı necə olur? – Əllamə Təbatəbaiyə ölümlə bağlı verilən suallar
Mьəllif: admin1
Tarix: 11-01-2023, 10:27
Qəbir sıxıntısı necə olur? – Əllamə Təbatəbaiyə ölümlə bağlı verilən suallar
Ölüm – elə bir həqiqətdir ki, heç bir canlı ondan qaça bilməz.

Ölümlə bağlı Əllamə Təbatəbainin şagirdlərinin, bu böyük alimə verdiyi sualların cavablarına nəzər salaq.

Sual: Ölümün həqiqəti nədir?

Cavab: Sübhan Allah ölümün həqiqətini Quranda bəyan etmişdir. “Sizin aranızda ölümü (onu doğuran səbəblər, müddət, tez və gec olması baxımından) müəyyənləşdirən Bizik və Biz istək və iradədə əsla məğlub olmuruq.

(Dünyada) oxşarlarınızı sizin yerinizə qoymaq (həmişə bir dəstəni aparıb bənzərlərini gətirmək) və (axirətdə ora uyğun olaraq) sizi yenidən, bilmədiyiniz hal və surətlərdə yaratmağımız üçün!” (“Vaqiə” 60-61).

Ona görə də ölüm – bir dünyadan başqasına köçməkdir. Bu işi də Ölüm Mələyi edəcəkdir.

Sual: İnsan məhv olan deyildir?

Cavab: Məhv olan deyildir, maddədir. Quranın nəzərində ölüm – məhv olmaq demək deyildir. Əslində bir dünyadan başqasına köçməkdir.

Allah Quranda buyurur: “Sizin aranızda ölümü (onu doğuran səbəblər, müddət, tez və gec olması baxımından) müəyyənləşdirən Bizik və Biz istək və iradədə əsla məğlub olmuruq”.

Sual: Bizim ruhumuz köçəcəkdir?

Cavab: Necə ki, dünyada insanlıq onunla ölçülür, başqa dünyaya da o köçəcəkdir.

Sual: Ölüm Mələyi ruhları Qiyamət gününə qədər saxlayacaqdır?

Cavab: Allah bu ayədə buyurur: “(Ya Peyğəmbər!) de: «Sizə müvəkkil olan ölüm mələyi sizi(n varlığınızın bütün həqiqətini təşkil edən ruhunuzu) kamil surətdə (bədəninizdən) alar (ayırar), (ruh qalar və bədən isə torpağa çevrilər), sonra (Qiyamətdə, həmin bədənin qəlibində) öz Rəbbinizin hüzuruna qaytarılacaqsınız!»”. (“Səcdə” 11).

Sual: Qəbir sıxıntısı necə olur?

Cavab: Ruh bədəndən ayrılandan sonra qəbir sanki onu sıxacaqdır. Həqiqətdə qəbir bədəni sıxmır. Ölünün qəbirdə əzab görməsinin hamısı təmsildir.

Sual: Bu dünya ilə bərzəxin fərqi nədir?

Cavab: Axirət aləmi bu dünya ilə fərqlənir. Misal üçün, insan dünyada yemək yeyən zaman tox olar. Ancaq o biri dünyada hər nə qədər yesə də, tox ola bilməz. Başqa ləzzətlər də bu cürdür”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031