Cəhənnəm və behişt əhlinin bu dünyada nişanələri var
Mьəllif: admin1
Tarix: 26-09-2020, 21:17
Cəhənnəm və behişt əhlinin bu dünyada nişanələri var
Behişt və cəhənnəm – bu dünyaya gələn hər bir insanın son mənzilidir. İnsanlar bu dünyaya gəlir və bir müddət burada olandan sonra bəziləri behiştə və bəziləri də cəhənnəmə düşürlər.

Behişt və cəhənnəm elə yerdir ki, insan ora elə-belə düşmür. Əslində bunun toxumlarını dünyada olan zaman əkir və meyvəsini isə axirətdə yığır.

Bəs bu dünyada behişt əhlinin nişanələri hansılardır?

1. İman. Behişt əhlinin ilk nişanəsi – Allaha iman və saleh əməllərdir. “İman gətirən və yaxşı işlər görən kəslər isə Cənnət əhlidirlər və orada əbədi qalacaqlar”.

2. Təqva. Behişt əhlinin başqa nişanəsi təqvadır. “Bu, Öz bəndələrimizdən təqvalı olan hər bir kəsi varis edəcəyimiz həmin Cənnətdir”. (“Məryəm” 63).

3. Yaxşılıq. Behişt əhlinin başqa bir nişanəsi – insanlara yaxşılıq və ehsan etməkdir. “Beləliklə, Allah bu sözlərinin müqabilində onları (ev və ağaclarının) altından çaylar axan Cənnətlərlə mükafatlandırdı ki, orada əbədi qalacaqlar. Budur yaxşı işlər görənlərin mükafatı”. (“Maidə” 85).

4. Cihad və şəhadət. Quran və hədislərimiz buyurur ki, mücahidlərin və şəhidlərin yeri əbədi behiştdir.

5. Həvapərəstliyi tərk etmək. “Amma kim öz Rəbbinin məqamından, Onun hüzurunda durmaqdan qorxub və nəfsini həvayi-həvəsdən saxlamışsa, şübhəsiz, onun yeri Cənnətdir”. (“Naziat” 40-41).

6. Müsibət qarşısında səbir etmək. “Və onları etdikləri səbir müqabilində (üstün bir) Cənnətlə və (zərif) ipəklə mükafatlandıracaqdır”. (“İnsan” 12).

7. Allaha və Peyğəmbərə (s) itaət etmək. “Kim Allaha və Onun peyğəmbərinə itaət etsə, (Allah) onu (ev və ağaclarının) altından həmişə çaylar axan Cənnətlərə daxil edəcəkdir”. (“Nisa” 13).

8. Doğru danışmaq.

9. Özünü islah etmək.

10. İnfaq və istiğfar.

11. Namaza əhəmiyyət vermək.

Cəhənnəm əhlinin nişanələri isə bu deyilənlərin əksidir. Yəni, behişt əhlinin keyfiyyətlərinin ziddidir. Həmçinin küfr və şirk, günahkar olmaq, sələm yemək, Allahı və ayələrini inkar etmək, insanlara zülm etmək, namazı tərk etmək – cəhənnəm əhlinin nişanələrindəndir.
(İslami saytlara istinadən)


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031