Bu surəni oxuyan vəfat edərsə, şəhid olaraq vəfat etmiş olur
Mьəllif: admin1
Tarix: 7-07-2020, 18:05
Bu surəni oxuyan vəfat edərsə, şəhid olaraq vəfat etmiş olur
“Ər-Rəhman“ surəsi Məkkədə nazil olmuş və 78 ayədən ibarətdir.

Bu surədə Allahın Öz bəndələrinə bəxş etdiyi müxtəlif (maddi və mənəvi) nemətlərindən bəhs edilir. Başqa sözlə, surə ilahi rəhmət və nemət surəsidir və ona görə də, Allahın geniş rəhməti mənasını daşıyan mübarək “Ər-Rəhman“ adı ilə başlayır, Allahın şövkət və kəraməti ilə sona yetir.

Surədə “Fəbi-əyyi alai Rəbbikumə tukəzzibən“ (Elə isə, Rəbbinizin hansı nemətlərini təkzib edirsiniz?!) – təbiri 31 dəfə təkrarlanır. Yәni surәnin üçdә birindәn аrtıq hissәsi bu хitаbdаn ibаrәtdir və Аllаhın nеmәtlәri sаdаlаndıqdаn sоnrа qeyd olunan təbir tәkrаrlаnır.

Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə belə oxuyuruq:

مَن قَرَأَ سورَةَ الرَّحمنِ رَحِمَ اللّهُ ضَعفَهُ وَأدَّى شُکرَ ما أنعَمَ اللّهُ عَلَیهِ

“Hər kim “Ər-Rəhman“ surəsini oxusa, Allah onun (nemətlərin şükrünü etməkdəki) zəifliyinə rəhm edər və ona bəxş etdiyi nemətlərin şükür haqqını Özü əda edər.” (“Nurus-səqələyn“, c.5, səh. 187.)

İmam Sadiq (ə) buyurmuşdur:

مَن قَرَأَ سورَةَ الرَّحمنِ فَقالَ عِندَ کُلِّ «فَبِأَىِّ آلاَءِ رَبِّکُمَا تُکَذِّبَانِ» لا بِشَیْءٍ مِنْ آلائِکَ رَبِّ اُکَذِّبُ، فَإن قَرَأَهَا لَیْلًا ثُمَّ ماتَ ماتَ شَهیداً وَ إِنْ قَرَأَها نَهاراً فَماتَ ماتَ شَهیداً

“Hər kim “Ər-Rəhman“ surəsini oxusa və hər dəfə “Fəbi-əyyi alai Rəbbikumə tukəzzibən“ (Elə isə, Rəbbinizin hansı nemətlərini təkzib edirsiniz?!) – ayəsini oxuduqda, “Lə bişəy`in min alaikə Rəbbi ukəzzibu“ (Ey Rəbbim, Sənin nemətlərinin heç birini təkzib etmirəm!) – ibarəsini desə, o surəni istər gecə, istərsə də gündüz oxuyandan sonra vəfat edərsə, şəhid olaraq vəfat etmişdir.” (“Səvabul-əmal“, səh.116; “Təfsiri-nümunə“, c.23, səh.94.))

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031