İnsanın sudan xəlq olması nə məna daşıyır?
Mьəllif: admin1
Tarix: 23-06-2020, 22:26
İnsanın sudan xəlq olması nə məna daşıyır?
“Sudan (nütfədən) insan yaradan və onu nəsəb və səbəb əlaqələri (vasitəsi, hər bir insanın öz qan qohumları ilə olan nəsəb əlaqələri, eləcə də həyat yoldaşının qohumları ilə sonradan yaranan səbəb əlaqələri) sahibi edən Odur. Sənin Rəbbin həmişə hər şeyə qadirdir”. (“Furqan” 54).

“Sonra da onun nəslini zəif və dəyərsiz bir su damcısından (nütfədən) əmələ gətirdi. Sonra onun (bədən) üzvlərini (ananın bətnində) kamil etdi və ona Öz ruhundan üfürdü; sizin üçün (insanlar üçün hiss edilənləri dərk etmə vasitəsi olan) qulaq və göz və (ağılla qavranılanları dərk etmə vasitəsi olan) ürək verdi, halbuki, çox az şükür edirsiniz”. (“Səcdə” 8-9).

Ustad Meşkini bu ayələr haqqında yazır: “Bu ayələr insanın formalaşmasının əvvəlki vəziyyətini bəyan edir”.

İnsanın sudan xəlq olması ilə bağlı alimlər arasında iki nəzəriyyə mövcuddur. Birinci nəzəriyyəyə görə, su insan bədəninin çox hissəsini təşkil edir.

Hətta bütün canlıların həyatı sudan asılıdır. Həzrət Adəmin (ə) xilqəti də su ilə qarışmış gildən olmuşdur.

İkinci nəzəriyyəyə görə insan nütfədən xəlq olar. Su deyildikdə, nütfə nəzərdə tutulur. Yəni, insan nütfə vasitəsilə meydana gəlir.

Elmin nəzərinə görə isə birinci nəzəriyyə daha məntiqlidir.
(Deyerler.org)


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031