Cümə gününün əməlləri
Mьəllif: admin1
Tarix: 6-01-2023, 11:02
Cümə gününün əməlləri
Şeyx Səduq (r.ə) həzrəti-Zəhradan (s.ə) belə nəql edir:

Rəsuli-əkrəmdən (s) eşitmişəm ki, cümə günündə elə bir saat vardır ki, əgər bir müsəlman Allahdan bir şey diləsə, Tanrı onun istədiyini verər. Bu, günəşin yarısının üfüqdə qalıb, yarısının batdığı zamandır.

Fatimə (s.ə) həmişə öz qulamına buyurardı: «Yuxarı çıx, nə vaxt gördün, günəşin yarısı üfüqdə batdı, mənə xəbər ver ki, dua edim.»

Rəvayətdə nəql olunur ki, o Həzrət mehrabda dayanıb ibadət edən zaman onun nuru səma əhli üçün ulduz kimi parlardı.

Allahın Peyğəmbəri (s):«cümə günü günlərin ağasıdır və o Allah-taalanın yanında Qurban və Fitr günündən də hörmətlidir.»1

İmam Əli (ə):«Hər cümə günü öz ailə üzvlərinizə bir az təzə meyvə nübar edin ki, cümənin gəlməsindən sevinsinlər.»2

İmam Baqir (ə):« Həm xeyir, həm də şər cümə günü ikiqat artar.»3

İmam Baqir (ə):«cümə günü sədəqə(nin savabı) ikiqat artar. Çünki, cümə günü digər günlərdən üstündür.4

İmam Sadiq (ə) (həmin ayənin təfsirindən): «Şəhadət verən cümə günü, şəhadət verilən isə Ərəfə günüdür.»5

Cümə qüsulu

Allahın Peyğəmbəri (s):«Ey Əli! İnsanlar hər yeddi gündən bir özlərini yumalıdır. Buna görə də, hətta onun suyunu tədarük görmək üçün gününün yeməyini satıb ac qalmalı olsan belə hər cümə qüsl et! Çünki, cümə qüslundan üstün olan bir müstəhəb əməl yoxdur.»

Cümə günündə çoxlu salavat

Allahın Rəsulu (s) buyurdu:

“Hər kəs cümə günündə 1000 dəfə mənə salavat göndərsə, onun 80 illik xətaları bağışlanar.”

Allahın Rəsulu (s) buyurdu: “ Hər cümə günündə mənə çoxlu salavat göndərin: çünki ümmətimin salavatı hər cümədə mənə təqdim olunur və hər kəs mənə çoxlu salavat göndərsə onun məqam mərtəbəsi mənə daha yaxın olur.”

Mənbə: Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın(s) həyatı). Mizanul – hikmət (xülasəsi) 1-ci cild (Salavat)

1. Biharul-Ənvar, c.89, səh.267, hədis 5
2. Biharul-Ənvar, c.104, səh.73, hədis 24
3. Biharul-Ənvar, c.89, səh.283, hədis 28
4. Səvabul-Ə’mal, səh.220, hədis 1
5. Məani əl-Əxbar, səh.299, hədis 18


Maide.Az
Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031