İslam elə bir dindir ki, onu ağılla sübut etmək mümkündür və etiqadda məcburiyyət yoxdur
Mьəllif: admin1
Tarix: 22-05-2020, 21:48
İslam elə bir dindir ki, onu ağılla sübut etmək mümkündür və etiqadda məcburiyyət yoxdur

Qəlblə imanməcburi olaraq hasil olmaz. Bəlkə moizə, əxlaq və bürhanla ürəyə nüfuz edə bilər. Lakin bu, o demək deyildir ki, insan günah işlətsin və desin ki, mən azadam və heç kəsin haqqı yoxdur ki, məni bu yoldan döndərsin.

“Dində (əqidənin əsasalarında) məcburiyyət yoxdur (çünki, daxili inanc və etiqadlar zorla qəbul etdirilə bilməzlər və dəlil-sübuta tabedirlər). Şübhəsiz, (bu Quran vasitəsilə) hidayət yolu azğınlıqdan (seçilib) aydınlaşmışdır.

Buna görə də, kim azğın və itaətsizə (şeytan və onun ardıcıllarına) kafir olub Allaha iman gətirsə, doğrudan da heç vaxt qırılmayan möhkəm bir dəstəkdən yapışmışdır. Allah eşidən və biləndir”. (“Bəqərə” 256).

“Ayətül-kürsü”nün ayələri tövhidin, Allahın Camal və Cəlal sifətlərinin məcmuəsidir ki, dinin əsasını təşkil edir. İslam elə bir dindir ki, onu ağılla sübut etmək mümkündür və etiqadda məcburiyyət yoxdur.

Din və məzhəbin insanların ruh və fikirləri ilə sıx rabitəsi vardır. Ona görə də bu yolda bürhan və istedadların böyük əhəmiyyəti vardır. Həzrət Peyğəmbərin (s) zamanında olan bəzi cahillər Həzrəti (s) elə nişan vermək istəyirdilər ki, insanları sanki məcburi olaraq dinə gətirmək istəyir.

Lakin bu ayə həmin cahillərə açıq şəkildə cavab verir ki, bu, belə deyildir. Bu ayə onu göstərir ki, İslam dini elə bir din deyildir ki, məcburiyyət vasitəsilə insanlara qəbul etdirilsin. Islam dini məntiqi bir dindir və onu məntiqlə başa düşüb qəbul etmək olar.

İslam dini kafirə buyurur: «Əgər doğruçusunuzsa, dəlil-sübutunuzu gətirin». (“Bəqərə” 111).

Yuxarıdakı ayədən çıxartdığımız nəticələr:

1. O dinin ki, məntiq və bürhanı var, onun məcburiyyətə ehtiyacı yoxdur.

2. Məcburiyyət hərəkət və əmələ aiddir, təfəkkürə deyil.

3. Haqq yolu batildən ayrıdır və haqq yolunu ağılla və vəhylə müəyyən etmək olar.

4. Din insanı inkişaf etdirər.

5. İslam dininin zülmlə işi yoxdur.

6. Küfr aradan getməyincə, din özünü göstərə bilməz. Əvvəl küfr aradan getməli və sonra Allaha iman bəslənməlidir.

7. Allaha iman bəsləmək və küfrün aradan getməsi daimi olmalıdır.

8. İlahi kəndirin möhkəm olması kifayət deyildir, gərək ondan möhkəm yapışasan.

9. Allaha iman və İlahi övliyalarla rabitə əbədidir.

10. Allaha iman gərək həqiqi olsun, münafiqcəsinə deyil. Çünki Allah Görən və Eşidəndir.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031