İmam Sadiqdən (ə) 14 hədis
Mьəllif: admin1
Tarix: 4-05-2024, 12:14
İmam Sadiqdən (ə) 14 hədis
1. Həyatın ləzzəti bu beşlikdə...

İmam Sadiq (ə) buyurmuşdur:

خَمُسُ مَن لَم تَکُن فیهِ لَم یَتَهَنّأ بِالعَیشِ: اَلصِّحَّةُ وَ الاَمنُ وَ الغِناءُ و القَناعَةُ و الاَنیسُ المُوافِقُ

“Bu beşliyə sahib olmayan kəs həyatından ləzzət almaz; sağlamlıq, əmin-amanlıq, zənginlik, qənaət və uyğun həmdəm.” (“Səfinətul-bihar”, c.2, səh.451.)

2. Möminin qəlbi və etiqadı heç zaman dəyişməz...

İmam Sadiq (ə) buyurmuşdur:

إِنَّ اَلْمُؤْمِنَ أَشَدُّ مِنْ زُبَرِ اَلْحَدِيدِ إِنَّ اَلْحَدِيدَ إِذَا دَخَلَ اَلنَّارَ لاَنَ وَ إِنَّ اَلْمُؤْمِنَ لَوْ قُتِلَ وَ نُشِرَ ثُمَّ قُتِلَ لَمْ يَتَغَيَّرْ قَلْبُهُ

“Mömin dəmir parçalarından da möhkəmdir. Çünki dəmiri oda atdıqda əriyir, mömin isə ölüb yenidən dirilsə və yenidən ölsə də, qəlbi (etiqadı) dəyişilməz.” (“Əl-məhasin”, c.1, səh.251.)

3. Möminin hörməti

İmam Sadiq (ə) buyurmuşdur:

اَلمُؤمنُ اَعظَمُ حُرمةً مِنَ الکَعبةِ

“Möminin hörməti Kəbənin hörmətindən böyükdür.” (“Biharul-ənvar”, c.68, səh.67.)

4. İman əhlinin 5 mühüm xüsusiyyəti

İmam Sadiq (ə) buyurmuşdur:

اِنَّ العِلم خَلیلُ المؤمِنِ، وَ الحِلمَ وَزیرُهُ، وَ العقلَ اَمیرُ جُنُوِدِه، و الرِّفقَ اَخُوهٌ، وَ البرَّ والِدُهُ

“Həqiqətən, elm həqiqi möminin dostu, səbir onun vəziri, əql onun dəstəsinin əmiri, mülayim rəftar onun qardaşı və xeyirxahlıq isə atasıdır.” (“Biharul-ənvar”, c.67, səh.268.)

5. Günah məclisi

İmam Sadiq (ə) buyurmuşdur:

لا يَنْبَغيِ لِلْمُؤْمِنِ أَنْ يَجْلِسَ مَجْلِسًا يُعْصَي اللهُ فِيْهِ وَ لا يَقْدِرُ عَلَيٰ تَغْيِيرِهِ

“Möminlərə islah edilməsinə gücü çatmayacaq günah məclislərində iştirak etmək yaraşmaz.” (“Üsuli-kafi”, c.2, səh.374.)

6. Ən yaxşı irs

İmam Sadiq (ə) buyurmuşdur:

إنَّ خَيرَ ما وَرَّثَ الآباءُ لِأَبنائِهِم الأَدَبُ لاَ المالُ ؛ فَإِنَّ المالَ يَذهبُ ، و الأَدَبَ يَبقى

“Ataların oğullarına verdiyi ən yaxşı irs mal-dövlət yox, tərbiyədir; çünki mal-dövlət qurtarır, tərbiyə isə qalır.” (“Əl-kafi”, c.8, səh.150, hədis 132.)

7. Haram gəlirin acı sonluğu

İmam Sadiq (ə) buyurmuşdur:

كَسبُ الحَرام يَبينُ فِي الذُّرِيَّةِ

“Haram gəlir və mal nəsildə özünü büruzə verir.” (“Əl-kafi”, c.5, səh.124, hədis 4.)

8. Övladın ata üzərindəki üç haqqı

İmam Sadiq (ə) buyurmuşdur:

تَجِبُ لِلوَلَدِ عَلى والِدِهِ ثَلاثُ خِصالٍ : اختِيارُهُ لِوالِدَتِهِ، و تَحسينُ اسمِهِ، وَ المُبالَغَةُ في تَأديبِهِ

“Övladın ata üzərində üç haqqı var: ona yaxşı ana seçməli, yaxşı ad qoymalı, ciddi tərbiyə etməlidir.” (“Biharul-ənvar”, c.78, səh.236, hədis 67.)

9. Dilinizi qoruyun...

İmam Sadiq (ə) buyurmuşdur:

مَعاشِرَ الشّيعَةِ، كونوا لَنا زَينًا ولا تَكونوا عَلَينا شَينًا، قولوا لِلنّاسِ حُسنًا، اِحفَظوا ألسِنَتَكُم وكُفّوها عَنِ الفُضولِ وقَبيحِ القَولِ

“Ey şiələr, bizə zinət olun və bizi xar etməyin! Camaatla gözəl danışın, dilinizi qoruyun və onları da bihudə və pis danışıqlardan çəkindirin.”

(“Əmali”, Şeyx Səduq, səh.326, hədis 17.)

10. Əhli-beyti (ə) tanıtdırmaq üçün nə etməli?

İmam Sadiq (ə) buyurmuşdur:

أي مَفَضَّلُ، قُل لِشيعَتِنا: كونوا دُعاةً إلَينا بِالكَفِّ عَن مَحارِمِ اللّهِ وَاجتِنابِ مَعاصيهِ وَاتِّباعِ رِضوانِ اللّه، فَإِنَّهُم إذا كانوا كَذلِكَ كانَ النّاسُ إلَينا مُسارِعينَ.

“Ey Müfəzzəl, şiələrimizə de ki, bizi (camaata) haramlardan uzaqlaşmaq, günahlardan çəkinmək və Allahın razılığına tabe olmaqla tanıtdırın. Əgər belə etsəniz, o vaxt camaat özü bizə tərəf tələsəcək.” (“Dəaimul-İslam”, c.1, səh.58.)

11. Ən yaxşı carçı

İmam Sadiq (ə) buyurmuşdur:

كونوا دُعاةً لِلنّاسِ بِغَيرِ ألسِنَتِكُم، لِيَرَوا مِنكُمُ الوَرَعَ وَالاِجتِهادَ وَالصَّلاةَ وَالخَيرَ، فَإِنَّ ذلِكَ داعِيَةٌ

“Camaatı dilinizlə deyil, əməllərinizlə (dinə) dəvət edin ki, onlar da sizi pərhizkar, (əməl və ibadətdə) çalışqan, namazqılan və xeyirxah görsünlər. Çünki (ən yaxşı) carçı elə budur.” (“Əl-kafi”, c.2d, səh.78, hədis 14.)

12. Əhli-beytə (ə) sevginin yolları

İmam Sadiq (ə) buyurmuşdur:

يَا بنَ جُندَبٍ، بَلِّغ معاشِرَ شيعَتِنا وقُل لَهُم: لا تَذهَبَنَّ بِكُمُ المَذاهِبُ، فَوَاللّهِ لا تُنالُ وَلايَتُنا إلاّ بِالوَرَعِ وَالاِجتِهادِ فِي الدُّنيا، ومُواساةِ الإِخوانِ فِي اللّه، ولَيسَ مِن شيعَتِنا مَن يَظلِمُ النّاسَ

“Ey Cündəb oğlu, bizim şiələrimizə de ki, yollar (məzhəb və təriqətlər) sizi azdırmasın! Allaha and olsun, bizim vilayət və dostluğumuza dünyada pərhizkarlıq, çalışqanlıq və Allah yolunda din qardaşları ilə həmkarlıqdan başqa bir yolla nail olmaq olmaz! İnsanlara zülmkarlıq və haqsızlıq edən kəs bizim şiəmiz deyildir.” (“Tuhəfül-uqul”, səh.303.)

13. Əhli-beytə (ə) zinət olun...

İmam Sadiq (ə) buyurmuşdur:

إيّاكُم أن تَعمَلوا عَمَلاً يُعَيِّرونا بِهِ، فَإِنَّ وَلَدَ السَّوءِ يُعَيَّرُ والِدُهُ بِعَمَلِهِ، كونوا لِمَنِ انقَطَعتُم إلَيهِ زَينًا ولا تَكونوا عَلَيهِ شَينًا

“Bizi gözdən salan əməllərdən çəkinin ki, pis övlada görə atası danlanar. Qəlbinizi tapşırdığınız şəxsə (imama) zinət olun və onu xar etməyin.” (“Əl-kafi”, c.2, səh.219, hədis 11.)

14. Xanım “Fаtimeyi-Zәhrаnın (ә.s.) “tәsbih”inin savabı

İmam Sadiq (ə) buyurmuşdur:

تَسبِيحُ فَاطِمَةَ الزَّهرَاءِع في كُلِّ يَومٍ في دُبُرِ كُلِّ صَلاةٍ أَحَبُّ إِلَيَّ مِنْ صَلاةِ أَلفِ رَكعَةٍ في كُلِّ يَومٍ

“Fаtimeyi-Zәhrаnın (ә.s.) “tәsbih”ini hәr gün nаmаzlаrdаn sоnrа zikr еtmәk mәnim üçün hәr gün (hәmin zikrsiz qılınаn) min rükәt nаmаzdаn üstündür.” (“Sәvаbul-әmаl vә iqаbul-әmаl”, sәh.350.)

Maide.az
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930