Şəfaət edənlərin şərti
Mьəllif: admin1
Tarix: 1-11-2022, 10:30
Şəfaət edənlərin şərti
وَلَا يَمْلِكُ الَّذِينَ يَدْعُونَ مِنْ دُونِهِ الشَّفَاعَةَ إِلَّا مَنْ شَهِدَ بِالْحَقِّ وَهُمْ يَعْلَمُونَ


"(Müşriklərin) Onu qoyub yalvardıqları (tanrılar) şəfaət edə bilməzlər. (Mənasını) bilərək haqqa şəhadət verənlər isə istisnadır." (Zuxruf, 86).

İzah: Yuxarıdakı ayəyə görə, yalnız iki əsas şərti özündə toplayan kəslərin şəfaət hüququ var. Bu iki şərt bunlardır:

1. Haqlı və düzgün şahidlik etsinlər. Yəni Allaha iman gətirib, iman və saleh əməllə Onun yeganəliyinə və öz bəndəliklərinə şahidlik etsinlər.

2. Kimlərin şəfaətə layiq olduğunu bilsinlər. Bu mətləb ötən ayədə də öz əksini tapmışdı ki, şəfaət istəyi Allahın razı olduğu və qəbul etdiyi sözlə birgə olsun.

Bütün bunlardan aydın olur ki, şəfaət haqqı Allahın əməlisaleh bəndələrinə lütflərindəndir.

Hədis: İslam peyğəmbəri (s): “Şəfaət edənlər beşdir: Quran, mömin qohum, əmanət, Peyğəmbəriniz (s) və Peyğəmbərinizin (ə) Əhli-beyti (ə).” (Kənzul-ümmal, c. 14, səh. 390, hədis: 39041).
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031