Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Başqalarına töhmət vurmaq haqqında sualına cavabını təqdim edirik:

Sual: Başqalarına iftira yaxmaq və töhmət vurmağın (vurulan töhmətin) isbat edilmədiyi halda hökmü nədir və töhmət vuran şəxsin vəzifəsi nədir?

Cavab: Töhmət böyük günahlardandır və ondan ciddi və həqiqi şəkildə tövbə etmək lazımdır. Kimin yanında danışıbsa, öz dediklərini təkzib etməli və töhmət vurduğu şəxsin razılığını qazanmalıdır.