Gündə neçə salavat demək lazımdır ki, Allah insanı bağışlasın?
![]() 1. Günahlar bağışlanar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim, hər gün mənə məhəbbətlə 3 dəfə salavat göndərərsə, Allah onun günahlarını həmin gündə və ya həmin gecədə bağışlayar”. 2. Qiyamət günü ağır əməl. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü mən əməl tərəzisiyəm. Yəni o kəsin ki, pis əməlləri yaxşı əməllərindən ağır gələrsə, mən, mənə göndərdiyi salavatları gətirərəm, həsənə gözünə qoyaram ki, həsənə gözü ağır gəlsin”. 3. Behişti görmək. Həzrət (s) buyurur: “Hər kim hər gün mənə 1000 dəfə salavat göndərərsə, dünyadan getməmiş behiştdəki yerini görər”. 4. Şəfaəti vacib edər. Əziz Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: “Ey Əli! Hər kim mənə hər gündüz və gecə salavat göndərərsə, şəfaətim onun üçün vacib olar”. 5. Qiyamət gününün susuzluğunu aradan aparar. Allah Təala Həzrət Musaya (ə) vəhy edir: “Ey Musa! Qiyamət gününün susuzluğunun səni əhatə etməsini istəmirsənmi?”. Deyir: Bəli, istəmirəm. Allah buyurur: “Bu gün dünyada mənim həbibimə salavat göndər ki, sabah Qiyamətin susuzluğundan amanda olasan”. /Deyerler.org/ Oxşar xəbərlər
|