Paxıl insanın 3 nişanəsi. Həsədin amilləri. Qibtənin həsəddən fərqi
Mьəllif: admin1
Tarix: 29-04-2024, 11:21
Paxıl insanın 3 nişanəsi. Həsədin amilləri. Qibtənin həsəddən fərqi
Həzrət Loğman oğluna deyir: “Paxıl insanın üç nişanəsi vardır: insanın başının arxasında qeybət etmək, qarşılaşan zaman yaltaqlanmaq və başqalarının giriftarlıqlarına sevinmək”.

Qurani-Kərim buyurur: “Şübhəsiz, münafiqlər odun ən aşağı təbəqəsindədirlər və onlar üçün əsla bir yardımçı tapmayacaqsan”. (“Nisa” 145).

Qurani-Kərimin ayələrindən belə nəticəyə gəlmək olur ki, həsəd aparan və insanların pisliyini istəyən insanlarda münafiqlərin əlamətləri vardır. Münafiq isə Allahın ən mənfur hesab etdiyi məxluqlardır.

Çox təəssüf ki, müasir zamanda həsədə və insanların pisliyini istəyənlərə çox rast gəlmək olur. Bu da cəmiyyətin yolunu azmasından və doğru yolla getməməsindən xəbər verir.

Allah Təala bu insanlar haqqında buyurur: “Əgər sənə bir yaxşılıq (qələbə və qənimət) yetişsə, bu, onları narahat edər və əgər bir müsibət (məğlubiyyət, yaxud bir ziyan) yetişsə, «biz işimizi(n ehtiyatını)qabaqcadan götürmüşük» deyər və şad halda (öz yerlərinə) qayıdarlar”. (“Tövbə” 50).

“Yoxsa onlar Allahın insanlara (Peyğəmbərə və onun Əhli-Beytinə) Öz fəzlindən verdiyi şeyə görə paxıllıq edirlər? Həqiqətən, Biz İbrahim ailəsinə kitab və hikmət (peyğəmbərlik, şəriət və əqli maarif) verdik və onlara böyük bir hökümət əta etdik”. (“Nisa” 54).

İnsanda həsədin yaranmasına təsir edən bəzi amillər vardır. Bunlardan biri – kin və küdurətdir. O zaman ki, insan bir başqasına kin bəsləyər, onu düşməni bilər. Hər nə yolla olursa-olsun, ona ziyan vurmağa çalışar. O, ziyan görən zaman isə sevinər və şad olar.

Həsədə səbəb olan başqa amil isə - yüksəliş istəməkdir. Həsəd aparan istəyir ki, ona, paxıllıq etdiyi həmin şəxs kimi hörmət etsinlər və onu da əziz tutsunlar. Ancaq buna nail olmayan zaman həsəd alovu şölələnər.

Həsədə səbəb olan başqa amil – təkəbbürdür. O kəs ki, təkəbbürlü olar, ondan yüksək məqamda olanları sevməz və onların paxıllığını çəkər.

Həsədə bəzən rəqabət də səbəb olur. Bəzən elə olur ki, iki şəxs rəqabət aparırlar və uduzan tərəf qalib tərəfə həsəd aparmağa başlayar.

Həsədə səbəb olan başqa amil – insanlara rəhbərlik etmək istəyidir. Yəni, həmişə özünün başqalarından yüksəkdə olmasını arzulayar. Buna nail olmayanda isə həsəd aparar.

Bu səbəbdən mömin gərək bu təhlükəli xəstəliyə düçar olmasın. Əksinə, öz dindaşlarının və dostlarının yaxşılığını istəsin və onlara qibtə aparsın.

Qibtə – paxıllığın tam əksidir. O zaman ki, bir insan hansısa sahədə müvəffəqiyyət qazanar, sən də çalışarsan ki, onun kimi olasan. Ancaq qətiyyən onun pisliyini istəməzsən. Əksinə, qəlbində onun daha da yüksəlişini arzulayarsan. Sadəcə onun kimi müvəffəq olmaq istəyərsən.
(Deyerler.org)

Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031