Tənqidi eşitməyi necə öyrənək?
Mьəllif: admin1
Tarix: 20-01-2021, 21:23
Tənqidi eşitməyi necə öyrənək?
Təkəbbürün çox sayda cilvəsi vardır. Onlardan biri də tənqid eşitməyi bacarmamaqdır. Əgər tənqidi qəbul edə bilsək, kamala çatmağımıza yardım edər.

Bəzən təkəbbürlü insan moizə və təzəkkürü eşidərək, ona diqqət etmir və qəbul etmir. İmam Əli (ə) buyurur: “Sizinlə nəsihət arasında qürur pərdəsi və hicabı salınmışdır”.

Eybləri bəzəmək və çirkin sifətləri gizlətmək yerinə, onu aradan qaldırmaq üçün çalışmaq lazımdır. Bəziləri üçün nəsihət eşitmək bir əxlaqdır. Bəziləri üçün isə çox əzabvericidir.

Tənqidin əhəmiyyəti.

Bir ailədə ərlə arvadın bir-birinə qarşı rəftarı iradlı ola bilər ki, onların böyükləri öyüd vermək məqsədilə bu iradları onlara söyləyərlər. Bu zaman qarşı tərəf gərək onu səmimi şəkildə qəbul etsin və bu səhvini aradan qaldırmaq üçün çalışsın.

Əgər insan ancaq başqasının eybini görüb söyləyərsə, bütün eyblər aradan getməz. İnsan əvvəl öz səhvini görməlidir və sonra başqasının eybini ona səmimi şəkildə təzəkkür verməlidir. Əgər kiminsə həmişə bizə hüsnü-zənn etdiyini biliriksə, onun tənqidini eşitməkdən boyun qaçırtmarıq.

İmam Əlinin (ə) buyurduğu kimi: “Sənin nəzərində ən sevimli insan - xeyirxah nəsihət verən olsun”.

İnsan əgər tənqidi qəbul edərsə, səhvlərini tanıyıb onlara aradan qaldırmaq üçünü səy göstərər.

Bəs necə edək ki, tənqidi qəbul edə bilək?

Tənqidi qəbul etməyi bacarmaq üçün onun haqqında düzgün təfəkkürüə malik olmalıyıq.

1. Elmi inkişaf etdirmək.

Biz insanların fikri və elmi məhduddur. Əgər nəzəri elmdə heç bir tənqid olmasaydı, bəşər elmi süqut edərdi.

2. Ağlın haqqını əda etmək.

Ağıl nemətinin şükrü odur ki, meyvə versin və səmərəsindən daha çox istifadə olunsun. Alimə, elmə tənqidlə yanaşmaq - ağlın haqqıdır.

Bu haqqı əda etməmək, biz insanlara əta edilən həmin nemətə zülmdür. Quran buyurur ki, hər kim ağılından bəhrələnməzsə, ən pis sürünənlərdən olar.

3. Düzgün nəzər və əməl.

İnsan əgər istəsə ki, heç kimin dəxaləti olmadan bir mövzuya diqqətlə özü nəzər versin və ona əməl etsin, xataya yol verər. Çünki imkanı məhduddur.

Bir mövzunun ancaq bir hissəsinə diqqət edə bilir. Bu yerdə onun başqalarının nəsihətinə ehtiyacı vardır ki, görmədiyi tərəfləri ona göstərsin.

4. Qəfləti aradan qaldırar.

Tənqidin biz insanlara verdiyi başqa bir faydası bizi qəflətdən ayıltmağıdır. Bəzən məsuliyyətlərimizə görə qəflət edirik. Ona görə də aqil insanın tənqidinə ehtiyacımız olur.

5. Xaricdən gələn bəlaların qarşısını alar.

Biz elə bir dövrdə yaşayırıq ki, hər bir tərəfdən xəbərlər və məlumatlar alırıq. Bu, elə xəbərlərdir ki, insana sual verməyə və təfəkkür etməyə icazə vermir.

Ona görə də cəmiyyətdə gərək müzakirə etmək və tənqid etmək kimi bir mədəniyyəti yaymaq lazımdır ki, insanlığımızı əldən verməyək.

Tənqidin əxlaqa təsiri vardır. İnsanlar ikiüzlü olmaq yerinə, şücaət və şəffaflığa tərəf gedərlər.

Tənqid fürsətçi insanların yolunu bağlayar. Çünki eyblərini açar. Beləliklə deyə bilərik ki, tənqidi qəbul etmək insanın və cəmiyyətin inkişaf etməsi üçün mühüm amillərdən biridir. Ona görə də tənqidi qəbul etməyi bacarmaq lazımdır.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031