Günün hədisi: Ən böyük ticarət bazarı
Mьəllif: admin1
Tarix: 4-03-2019, 10:33
Günün hədisi: Ən böyük ticarət bazarı
İmam Hadi (ə):

أَلدُّنْيٰا سُوْقٌ رَبِحَ فِيهٰا قَوْمٌ وَ خَسِرَ آخَرُونَ

“Dünya bir bazardır; bir dəstə orda qazanc əldə edir, digər bir dəstə isə zərərə uğrayır.”

(“Tuhəful-uqul”, səh.362.)

Qısa izah

Dünya insanların əbədi qalacağı yer və məskən deyil. Əksinə, dünya insanın ona əta edilən ömür sərmayəsi, əql, düşüncə və s. kimi nemətləri sərf edərək axirət və əbədi səadəti qazanması üçün mənfəətli bazardır. Uzaqgörən, ayıq və ağıllı insanlar dünyanın faydasını çox yaxşı anlayırlar.

Bu baxımdan, həmin insanlar daim fəaliyyət göstərir, özləri və yaşadıqları cəmiyyətin səadət və gələcəyi uğrunda dayanmadan səy və təlaş edirlər. Nəticədə, insanlar ona verilən bütün nemətlərdən səmərəli şəkildə istifadə etməli və onları tələf edərək dünyadan əbədi axirət evinə əliboş köçməməlidir.


Maide.az
Oxşar xəbərlər
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031