Günün hədisi: Qiyamətdə şikayət edənlər
Mьəllif: admin1
Tarix: 2-03-2019, 10:17
Günün hədisi: Qiyamətdə şikayət edənlər
Peyğəmbəri-Əkrəm (s):

يَجيءُ يَومَ القِيامَةِ الُمصحَفُ وَالمَسجِدُ وَالعِترَةُ، فَيَقولُ المُصحَفُ: يا رَبِّ حَرَّقوني ومَزّقوني، ويَقولُ المَسجِدُ: يا رَبِّ خَرَّبوني وعَطَّلوني وضَيَّعوني، وتَقولُ العِترَةُ: يا رَبِّ طَرَدونا وقَتَّلونا وشَرَّدونا. وأجثو بِرُكبَتَيَّ لِلخُصومَةِ، فَيَقولُ اللّهُ: ذلِكَ إلَيَّ وأنَا أولى بِذلِكَ.


“Qiyamət günü Quran, məscid və Əhli-beytim birgə məhşərə gələr. Quran deyər:

“İlahi, məni yandırıb cırdılar!” Məscid deyər:

“İlahi, məni uçurub boş qoyaraq viran etdilər!” Əhli-beytim deyər:

“İlahi, bizi didərgin salıb öldürdülər, tənha qoydular!”

(Bu zaman) mən qisas üçün dizə çökəndə, Allah-Taala buyurar:

Bunlar mənə aiddir və Mənim haqqım (mühakimə üçün) daha çoxdur”.

(“Kənzül-ümmal”, c.11, səh.193, hədis 31190).



(Maide.Az)
Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031