Dəstəmazın hikmət və misilsiz faydaları hədislərdə
Mьəllif: admin1
Tarix: 14-02-2023, 10:28
Dəstəmazın hikmət və misilsiz faydaları hədislərdə
Dəstəmaz paklıq mənasındadır. Yəni insan dəstəmaz aldıqdan sonra pak olur, yalnız bundan sonra Quran yazılarına və Allahın adı yazılmış yazılara toxuna bilər.

Dəstəmaz almaq bəzən təmizliklə müqaisə olunur. Lakin bilməliyik ki, dəstəmaz təmizlik deyil, paklıqdır. Çünki dəstəmaz alarkən belə insanın dəstəmaz üzvləri təmiz olmalıdır. Bu da o deməkdir ki, paklıqla təmiz olmaq arasında fərq vardır. Dəstəmaz insanın ruhunu paklayır.

Hədislərdə dəstəmazın hikməti və dəstəmazlı olmaq barədə buyrulub:

İmam Baqir (ə) buyurub: "Dəstəmaz Allahın təyin etdiyi həddlərdəndir. Mütəal Allah dəstəmaz vasitəsi ilə itaətkar və üsyankarı ayırd edir”.

Peyğəmbər (s) buyurub: “Mütəal Allah Qiyamət günü insanları toplayanda mənim ümmətim digər ümmətlərdən dəstəmazın əsəri olan parlaq nurla tanınacaq”.

Həzrət Peyğəmbər (s): “Gücünüz yetdiyi qədər dəstəmazlı olun. Hər kəs dəstəmazlı halda ölərsə ona şəhadət savabı yazılar”.

Həzrət Peyğəmbər (s): "Kim pak olduğu halda (dəstəmazlı) dəstəmaz alarsa ona 10 qat savab yazılar".

İmam Baqir (ə): “Hər kim dəstəmazlı olduğu halda dəstəmazını yeniləsə, Allah da tövbə etməmiş onun tövbəsini təzələyər”.

İmam Sadiq (ə): "Kim evində xeyir-bərəkətin çoxalmasını istəyirsə, yemək yediyi vaxt dəstəmaz alsın".

Həzrət Peyğəmbər (s): “Hər kim dəstəmaz alan zaman Allahın zikrini edərsə, bütün bədəni pak olar”.


Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031