Bu insanların nə qulaqları eşidər və nə də gözləri görər
Mьəllif: admin1
Tarix: 13-02-2023, 10:31
Bu insanların nə qulaqları eşidər və nə də gözləri görər
O zaman ki, hərislik insana qalib gələr, o, hətta zəif və gücsüz birisinə qarşı belə, zülmü rəva bilər və onu incidər. Bu cür insanın dünya və mala qarşı olan hərisliyinin həddi-hesabı yoxdur. Belə bir hərislik insanı çox pis günahlara və zülmlərə vadar edir.

İnsanların bəzisinin bu dünyadakı hədəfi – yalnız yemək, yatmaq və bu kimi rahatlıqlardır. Onlar hər an həvəslərinin əsiridirlər. Nəfsləri nə istəyirsə, onu da yerinə yetirərlər. Ancaq doymur və daha çoxunu istəyirlər.

Bu insanların nə qulaqları eşidər və nə də gözləri görər. Onlar yollarını azmışlar və qafillərdirlər.

“Doğrudan da Biz cin və insanların çoxunu (sanki) cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər”. (“Əraf” 179).

Bu səbəbdəndir ki, belə insanların heç bir zaman rahatlığı olmaz.

“Elə bir gündə (dirildiləcəksiniz) ki, sizi toplanma günü üçün cəm edəcəklər. Məhz o gün bir-birini (qarşılıqlı) ziyana uğratma günüdür (dünyada hüquqları zay etdiklərinə görə, bir-birlərinin mükafatlarını alarlar və ya əzabı bir-birlərinin üstünə atarlar və yaxud cənnət dərəcələrini cəhənnəmin təbəqələri ilə dəyişərlər). Və kim Allaha iman gətirsə və yaxşı iş görsə, Allah onun günahının üstünü örtər və onu (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə və bağlara əbədi olaraq daxil edər. Budur böyük səadət!”. (“Təğabun” 9).

Həzrət Peyğəmbər (s) buyurur: “Hərislikdən çəkinin ki, sizdən əvvəlkilər hərisliklərinə görə həlak olublar. Hərislik onları simicliyə vadar etmişdir və simic olmuşdular. Qohumluq əlaqəsini qət etməyə vadar etmişdir. Pis işlərə vadar etmişdir və pis əməl sahibi olmuşdular”.

Həzrət Rəsuli-Əkrəm (s) burada hərisin düçar olduğu bir çox günahların adını çəkir. O cümlədən: simiclik, sileyi-rəhmi tərk etmək, pis əməllər yerinə yetirmək kimi.

Bəli, hərislik elə bir bəladır ki, sahibinə ziyandan başqasını gətirməz. Bu insan hər nə qədər yesə də, hər nə qədər mal toplasa da – yenə də doymaz. Çünki gözü acdır, nəfsi doymur. Daha çoxunu istəyir.

Ona görə də bu yolda heç bir günahdan çəkinmir və tək hədəfi – mal toplamaq olur və bu rəzil hədəflə də həyatını başa vurur.



/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031