Namazın qəbul olunmasının əsas şərti
Mьəllif: admin1
Tarix: 27-11-2021, 11:16
Namazın qəbul olunmasının əsas şərti
Allah buyurur: “(İşlərinizdə) səbir (oruc) və namazdan kömək diləyin. Əlbəttə ki, kömək diləmək və namaz (bunların hər ikisi) itaətkarlardan başqalarına ağır və çətindir”. (“Bəqərə” 45).

Namazqılan şəxsin namazda hər nə qədər qəlb hüzuru və diqqəti olarsa, namazı da bir o qədər qəbul olar.

Əhli-Beyt (ə) buyurur: “Həqiqətən namazın bəzən yarısı, bəzən üçdə biri, bəzən dördə biri, bəzən beşdə biri və bəzən də onda biri qəbul olar. Bəzi namazlar bükülər və sahibinin üzünə dəyər. Çirkli və köhnə libas kimi sahibinin üzünə vurular. Namaz qəbul olmaz, məgər o miqdar ki, ona qəlb və canınla diqqət etmisən”.

Ona görə də namazda həm zahiri və həm da batini hüzur mühümdür.

İnsanın namazı axirətinin və təyyibə həyatının sərmayəsidir. Bir şərtlə ki, həqiqi namaz olsun. Yəni, namazı qəlb hüzuru və diqqətlə yerinə yetirilmiş olsun. İnsanı namazdan ayıran mövzulardan biri də dünya işləri və dünya nemətləridir. O kəs ki, dünyaya məftundur, namazını kamil şəkildə qıla bilməz. Çünki diqqəti namazda olmaz.

O namaz həqiqi olar ki, insanın qəlbində Allahdan qeyrisi olmaz və bütün qalan işlərini arxa plana atmağı bacarar. Ona görə də həqiqi namaz qılmağı əkbər cihadı adlandırırlar. İnsan həm bədəni, həm qəlbi ilə namazını ən yaxşı şəkildə yerinə yetirmək üçün cihad verər və şeytani vəsvəsələrə qalib gələr.

Ona görə də Məsumlarımız (ə) namaza yüngül yanaşanları həmişə məzəmmət etmiş və onları doğru yola hidayət etməyə çalışmışdılar.

Həzrət Peyğəmbər (s) dünyasını dəyişən zaman buyurmuşdu: “O kəs ki, namazını yüngül və süst hesab edər, məndən deyildir. Həmçinin o kəs ki, məstedici içər, məndən deyildir. Allaha and olsun ki, bu cür insan hovuzun kənarında mənə qovuşmayacaqdır”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Allaha elə ibadət et ki, sanki Onu görürsən. Əgər sən Onu görməsən də, yəqin olsun ki, O səni görür”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031