Hədəfsiz təfəkkür, yaradıcı təfəkkür, fəza təfəkkürü, məntiqi təfəkkür
Mьəllif: admin1
Tarix: 12-05-2024, 10:57
Hədəfsiz təfəkkür, yaradıcı təfəkkür, fəza təfəkkürü, məntiqi təfəkkür
Allah Quranda insanı ən şərəfli məxluqu kimi tanıtmışdır. İnsanın şərəfli olmasına səbəb olan – onu düşüncə və təfəkkürüdür. Lakin təfəkkür qüvvəsinin olmasına baxmayaraq, insan bəzən xata edə bilir.

Misal üçün, səbəb olmayan şeyi səbəb kimi tanıyır. Ona görə də insanın elə bir şeyə ehtiyacı vardır ki, bu təfəkkürünü düzgün yola yönlədirsin. Həqiqətdə məntiq elə bir şeydir ki, insan onun yardımı ilə xata və səhvdən amanda qalır.

Allah Təala insanı natiq xəlq etmişdir. Bu nitqi danışıqda, yazıda özünü göstərər. Allah Təala dili insan nitqi üçün qərar verilmişdir. Nitqin ən yaxşı nümunəsi - dildir.

Bununla belə, insanın elə bir şeyə ehtiyacı vardır ki, nitqini və bəyan qüvvəsini gücləndirsin. Ona görə də insanın məntiqə və onun qanunlarına ehtiyacı vardır.

Bundan başqa, Allah Təala başqa məxluqlardan fərqli olaraq insana təhsil almaq məharətini vermişdir ki, bu da onu başqa heyvanlardan fərqləndirir. Ona görə də ağıl və düşüncə insanın saədət əhli olması üçün mühüm amildir.

Təfəkkür nədir?

Təfəkkür: təhlil, sintez, təzə məlumatı almaq üçün köhnə məlumatı təhvil etməkdir.

Təfəkkürün növləri:

1. Hədəfsiz təfəkkür (xəyal): xəyallar qurmaq və dağınıq düşüncələr.

2. Yaradıcı təfəkkür: xüsusi bir zəminədə yeni layihə qurmağa səbəb olan düşüncələr.

3. Fəza təfəkkürü: zahirdən batinə seyr etmək, hadisənin dərinliyini və onda İlahi nişanələri görmək.

4. Məntiqi təfəkkür: məlum olanları məchulu aradan aparmaq üçün nizama salmaq.

Məntiqi təfəkkür ən çox dəqiq elmlərlə məşğul olan insanların yardımına gələr. Belə ki, bir riyaziyyatçı məsələni həll edən zaman məntiqi təfəkkürdən istifadə edər.
Məntiq və təfəkkür.

İnsan rəftarına diqqət edən zaman başa düşürük ki, düşüncə sahibi olsa da, düşüncələrində çox səhvə yol verir. Bu yolda bizə yardım edə biləcək qüvvə - məntiqdir.

Məntiq bizə düz düşünmək yolunu öyrədər. İnsan təfəkkürü əgər düzgün formalaşarsa, bizi həqiqətlərə çatdıra bilər. Elmimiz artar və əgər səhvə yol versək, onu başa düşər və aradan qaldırarıq.

Əgər təfəkkürümüz yanlış yolla gedərsə, batili haqq və haqqı batil kimi qəbul edərik. Bu zaman elmimiz artmaz, əksinə cahil olarıq.

Ona görə də deyə bilərik ki, məntiq elə bir elmdir ki, bizim üçün üsul və qanunlar müəyyən edir. Əgər onlara əməl etsək təfəkkürdə səhvdən amanda qalarıq.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031