Günahlarımızı necə məhv edə bilərik?
Mьəllif: admin1
Tarix: 6-10-2021, 21:32
Günahlarımızı necə məhv edə bilərik?
Quran ayələri və hədislərimiz bizə günahı məhv etməyin çox sayda yollarını öyrədirlər ki, onlara nəzər salaq.

1. Vacib namazları vaxtında qılmaq. Müstəhəb namazlar qılmaq, xüsusilə də gecə namazını.

“Və namazı günün iki tərəfində və gecənin gündüzə yaxın əvvəllərində qıl (sübh namazını günün birinci yarısında, zöhr və əsr namazlarını günün ikinci yarısında, məğrib və işa namazlarını isə gecənin əvvələrində qıl) ki, həqiqətən (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır”. (“Hud” 114).

2. Böyük günahlardan çəkinmək. “Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik”. (“Nisa” 31).

3. Səmimi tövbə etmək. “(Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək onların yerinə yaxşılıq yazar). Allah çox bağışlayan və mehribandır”. (“Furqan” 70).

4. İstiğfar etmək. İmam Sadiq (ə) buyurur: “İnsan o zaman ki, günaha düçar olar, səhər çağından axşam çağına qədər ona möhlət verilər. Əgər istiğfar edərsə, əməli görməməzliyə vurular”.

5. Təharət və qəlb hüzuru. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, müsəlman dəstəmaz alar, yaxşı dəstəmaz alar, sonra beş namazını yerinə yetirər – günahları yerə tökülər”.

6. Xəstəliyə dözmək. Xəstəliyə səbir etmək və dözmək – günahları məhv edər.

7. Müsibətlərə səbir etmək. Müsibətlər, çətinliklər və bəlalar möminin günahlarının kəffarəsidir.

Oxşar xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930