Qadınla kişini bir-birindən fərqləndirən əsas amillər
Mьəllif: admin1
Tarix: 29-11-2021, 20:22
Qadınla kişini bir-birindən fərqləndirən əsas amillər
Xanımlarla kişilər arasında bəzi aşkar fərqlər vardır ki, onlarla tanış olaq:

1. Həssaslıq və sevgi hisslərində. Qızlarla oğlanların bu mövzuda çox böyük fərqləri vardır. Qızlar başqalarında baş verən hiss dəyişiklərini daha tez dərk edə bilirlər.

Öz hisslərini başqaları ilə rahat bölüşə bilirlər. Ancaq oğlanlarda belə deyildir. Onlar ona görə bu barədə danışırlar ki, öz müraciətlərini sözlə çatdıra bilsinlər. Ancaq qızlar daha çox həmdərd olmağa meyillidirlər.

Qadınlar həssas olduğu üçün onlar ərlərindən daha çox ürək yandırmaqlarını istəyirlər. Ancaq kişilər daha çox qadınlarına etimad etməyi üstün bilirlər.

O zaman ki, ər öz xanımına qarşı həssaslıq göstərər, qadın özünü daha əmin-amanlıqda hiss edər və dərk edər ki, əri onunla həmdərddir.

Qadınların dil məharəti kişilərdən daha üstün olduğu üçün, öz hisslərini daha aydın ifadə etmək qabiliyyətinə malikdirlər.

Həzrət Peyğəmbər (s) qız övladları barədə buyurur: “Qız övladları necə də gözəldirlər. Sevgi göstərən, kömək edən, yaxın olan, xeyirli, bərəkətli, paklıq əhlidirlər”.

2. İkinci fərq – meyil və əlaqələrdədir. Kişi və qadınlar meyil və əlaqə baxımından bir-birindən aşkar şəkildə fərqlənirlər. Kişilərin daha çox siyasi və nəzəri şeylərə meyilləri vardır.

Ancaq qadınlar daha çox əxlaqi mövzulara diqqət göstərirlər. Onlar gözəlliyə, zinətə daha çox meyil edirlər. Gözəl olmaq üçün həm paltarlarına, həm bəzənməklərinə, həm diqqəti cəlb etməyə daha çox meyil edirlər. Ancaq kişilər belə deyildir.

Nəzərə almaq lazımdır ki, qadın əgər dində deyildirsə, bu meyilləri onu iffətsizliyə və həyasının aradan getməsinə gətirib çıxarda bilər. Ona görə də kişilərə qeyrət hissi verilmişdir ki, qadınların bu meyillərini etidal həddə saxlaya bilsinlər.

İmam Sadiq (ə) buyurur: “Həyanın on hissəsi vardır ki, onun doqquzu qadınlarda, biri isə kişilərdə qoyulmuşdur”.

Qadınla kişini fərqləndirən amillər çoxdur, biz bu dəfə sadəcə ikisinə işarə etdik. Çünki bu iki amil ən çox gözə çarpan amillərdirlər.




/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031