RƏCƏB AYININ 27-Cİ GÜNÜ – MƏBƏS BAYRAMININ ƏMƏLLƏRİ
Mьəllif: admin1
Tarix: 17-02-2023, 19:47
RƏCƏB AYININ 27-Cİ GÜNÜ – MƏBƏS BAYRAMININ ƏMƏLLƏRİ
Rəcəb ayının 27-ci günü İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir.

Bu bayram münasibətilə əziz oxucularımızı təbrik edir və həmin günə məxsus əməlləri diqqətinizə çatdırırıq:

1. Qüsl etmək; İslam Peyğəmbəri (s) buyurmuşdur: “Bu günü (Məbəs gününü) Allah-Taala müsəlmanlara bayram elan etmişdir. Həmin günü qüsl edin”. (“Cəvahirul-kəlam”, Məhəmmədhəsən Nəcəfi, 5/36.)

2. Oruc tutmaq; İmam Sadiq (ə) buyurmuşdur:

مَنْ صَامَ سَبْعَةً وَ عِشْرِينَ مِنْ رَجَبٍ كُتِبَ لَهُ أَجْرُ صِيَامِ سَبْعِينَ سَنَةٍ

“Hər kəs Rəcəb ayının 27-ci gününü oruc tutarsa, Allah-Taala onun üçün yetmiş il orucun savabını yazacaqdır.”

O həzrət başqa bir hədisdə belə buyurmuşdur:

لَا تَدَعْ صِيَامَ يَوْمِ سَبْعَةٍ وَ عِشْرِينَ مِنْ رَجَبٍ فَإِنَّهُ الْيَوْمُ الَّذِي نَزَلَتْ فِيهِ النُّبُوَّةُ عَلَى مُحَمَّدٍ (ص) وَ ثَوَابُهُ مِثْلُ سِتِّينَ شَهْراً لَكُمْ؛

“Rəcəb ayının 27-ci günün orucunu unutmayın ki, bu gün həzrət Muhəmməd (s) Allah-Taala tərəfindən peyğəmbərliyə seçildi. Bu günün orucunun savabı altımış ayın orucunun savabına bərabərdir.” (“Fəzailu əşhuris-səlasə”, Şeyx Səduq.)

3. Çoxlu salavat demək.

4. İslam Peyğəmbəri (s) və imam Əlini (ə) (yaxından və yaxud uzaqdan) ziyarət etmək.

5. Kəfəmi “Misbah” kitabında Rəyyan ibn Səltdən belə nəql edir: “İmam Cavad (ə) Bağdadda ikən Rəcəb ayını‎n 15-ci və 27-ci günlərini qohum-əqrəbası‎ ilə birlikdə oruc tutar, bizə də on iki rükət (iki-iki) namaz q‎lmağı‎ əmr edərdi.

Həmin namazın qılınma qaydası belədir: hər iki rükətdən sonra “Həmd”, “Fələq” və “Nas” surələri dörd dəfə, “Təsbihati-ərbəə”ni (Subhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər) dörd dəfə, “Əllahu Əllahu Rəbbi, la u‏şriku bihi ‏şəy`a” (Allah, Allah, mən Rəbbimə heç nəyi ş‏ərik qoş‏muram) və “La uş‏riku birəbbi əhəda” (Mən heç kəsi Rəbbimə ‏şərik etmirəm) zikirlərinin hərəsi dörd dəfə deyilir.

6. Əbülqasim Hüseyn ibn Ruhdan nəql olunur ki, “Məbəs” günü on iki rükət (iki-iki) namaz q‎ılmaq müstəhəbdir.

Belə ki, hər rükətdə “Həmd” surəsini dedikdən sonra asan surələrdən birini və salamlardan sonra isə bu duanı‎ oxuyursan:

Əlhəmdu lilahilləzi ləm yəttəxiz vələddən və ləm yəkun ləhu şərikun fil mulk, və ləm yəkun ləhu vəliyyun minəz-zull, və kəbbirhu təkbira, ya uddəti fi muddəti ya sahibi fi şiddəti, ya vəliyyi fi ni`məti ya ğiyasi fi rəğbəti, ya nəcahi fi hacəti ya hafizi fi ğəybəti, ya kafiyyə fi vəhdəti, ya unsi fi vəhşəti, əntəs-satiru əvrəti, fələkəl həmdu və əntəl muqilu əsrəti, fələkəl həmdu və əntəl mun`işu sər`əti, fələkəl həmd, səlli əla Muhəmmədin və ali-Muhəmməd, vəstur əvrəti və amin rəv`əti, və əqilni əsrəti, vəsfəh ən curmi və təcavəz ən səyyiati fi əshabil cənnəh, və`dəs-sidqilləzi kanu yuədun.

(Həmd-səna özünə övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, izzəti ucaldan yardımçıya ehtiyacsız olan Allaha məxsusdur.

Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil! Ey ömrüm boyu ehtiyatım, ey çətinlikdə munisim, ey malik olduğum nemətlərin sahibi, ey istədiyim zaman fəryadıma yetən, ey hacətimi rəva qılan, ey qaib olduğum zaman gözətçim, ey tənha olduğum zaman pənahım, ey qorxduğum zaman munisim! Sən eyiblərimi örtdün, belə isə, həmd-səna Sənə məxsusdur!.

Sən xətalarımdan keçdin, belə isə, həmd-səna Sənə məxsusdur! Sən, büdrədiyim zaman əlimdən tutdun, belə isə, həmd-səna Sənə məxsusdur.

Muhəmməd və Muhəmmədin Əhli-beytinə salam yetir, eyiblərimi ört, qorxumu əmin-amanlığa çevir, xətalarımdan keç, günahlarımı əfv et, çirkin işlərimi bağışla və məni sədaqət və doğruluqla müjdələnən cənnət səhabələrinin zümrəsinə daxil et!)

Namaz və duanı qurtardıqdan sonra “Həmd”, İxlas”, “Fələq”, “Nas”, “Kafirun”, ”Qədr” və “Ayətəl-kürsi”ni yeddi dəfə, “La ilahə illəlahu vəllahu əkbər, və subhanəllahi və la həvlə və la quvvətə illa billah” zikrini yeddi dəfə, “Əllahu Əllahu Rəbbi, la uşriku bihi şəy`a” zikrini də yeddi dəfə oxuduqdan sonra istədiyin hacəti diləyirsən.

7. “İqbalul-əmal” və “Misbah”‎ kitablarında “Məbəs” günü aşağı‎dak‎ı duanı‎ oxumağ‎ın müstəhəb olması da qeyd olunmuşdur:

Ya mən əmərə bil əfvi vət-təcavuz, və zəmmənə nəfsəhul əfvə vət-təcavuz, ya mən əfa və təcavəzə`fu ənni, və təcavəz ya kərim.

Əllahummə və qəd əkdət-tələbu və ə`yətil hilətu vəl məzhəb, və dərəsətil amalu vənqətəər-rəca, illa minkə vəhdəkə la şərikə lək.

Əllahummə inni əcidu subuləl mətalibi iləykə muşrəəh, və mənahilər-rəcai lədəykə mutrəəh, və əbvabəd-duai limən dəakə mufəttəhəh, vəl istianətə limənistəanə bikə mubahəh, və ə`ləmu ənnəkə lidaikə biməvzii icabəh, və lis-sarixi iləykə bimərsədi iğasəh, və ənnə fil-ləhfi ila cudik, vəz-zəmani biidətikə ivəzən min mən`il baxilin, və mənduhətən əmma fi əydil mustə`sirin, və ənnəkə la təhtəcibu ən xəlqikə illa ən təhcubəhumul ə`malu dunək, və qəd əlimtu ənnə əfzələ zadir-rahili iləykə əzmu iradətin yəxtarukə biha, və qəd nacakə biəzmil iradəti qəlbi, və əs`əlukə bikulli də`vətin dəakə biha rac, bəlləğtəhu əmələhu əv sarixun iləykə əğəstə sərxətəh, əv məlhufun məkrubun fərrəctə kərbəh, əv muznibun xatiun ğəfərtə ləh, əv muafən ətməmtə ni`mətəkə ələyh, əv fəqirun əhdəytə ğinakə iləyh, və litilkəd-də`vəti ələykə həqq, və indəkə mənziləh, illa səlləytə əla Muhəmmədin və ali-Muhəmməd, və qəzəytə həvaici həvaicəd-dunya vəl axirəh, və haza rəcəbul murəccəbul mukərrəmulləzi əkrəmtəna bihi min bəynil uməmi ya zəl cudi vəl kərəm, fənəs`əlukə bihi və bismikəl ə`zəmil ə`zəmil ə`zəmil əcəllil əkrəm, əlləzi xələqtəhu fəstəqərrə fi zillik, fəla yəxrucu minkə ila ğəyrik, ən tusəlliyə əla Muhəmmədin və əhli-bəytihit-tahirin, və təc`ələna minəl amilinə fihi bitaətik, vəl amilinə fihi bişəfaətik.

Əllahummə vəhdina ila səvais-səbil, vəc`əl məqiləna indəkə xəyrə məqil, fi zillin zəlil, fəinnəkə həsbuna və ni`məl vəkil, vəs-səlamu əla ibadihil mustəfəyn, və sələvatuhu ələyhim əcməin.

Əllahummə və barik ləna fi yəvmina hazəlləzi fəzzəltəh, və bikəramətikə cəlləltəh, və bilmənzilil (əzimil) ə`la ənzəltəh, səlli əla mən fihi ila ibadikə ərsəltəh, və bil məhəllil kərimi əhləltəh. Əllahummə səlli ələyhi səlatən təkunu ləkə şukrən və ləna zuxra, vəc`əl-ləna min əmrina yusra, vəxtim ləna bis-səadəti ila muntəha acalina, və qəd qəbiltəl yəsirə min ə`malina, və bəlləğtəna birəhmətikə əfzələ amalina, ənnəkə əla kulli şəy`in qədirun və səlləllahu əla Muhəmmədin və alihi və səlləm.

(Ey əfv və güzəştə əmr edən və özü də əfv və güzəşti (bəndələri bağışlamağı) zəmanət verən! Ey əfv edən və güzəştə gedən, ey kərim Allah, məni də əfv et və günahlarımdan keç! İlahi, axtarış nəticə vermədi, çarə yolları bağlandı, arzular köhnəldi, ümidlər üzüldü, yalnız Səndən başqa! Sən təksən və Sənin şərikin yoxdur! İlahi, bilirəm ki, axtarış yolları Sənə doğru açıqdır, Sənin yanında ümid çeşmələri doludur, Səni çağıranların üzünə dua qapıları açıqdır və Səndən yardım diləyənlərə yardımın hazırdır.

Bilirəm ki, həqiqətən, Sən, Səni çağıranların duasını qəbul etməyə hazırsan, Sənin dərgahında fəryad edənlərin fəryadına yetənsən, kərəminə sığınmaq və vədinə etimad etmək paxılların maneəsi müqabilində böyük əvəz və sərvət sahiblərindən ehtiyacsızlıqdır.

Sən məxluqatdan gizli deyilsən. Səni məxluqatdan gizlədən (Səninlə məxluqat arasında fasilə salan) yalnız onların (çirkin) əməlləridir. Bilirəm ki, Sənə doğru köç etmək istəyən şəxsin ən yaxşı ehtiyatı yalnız Səni istəyən ciddi iradədir.

Mənim qəlbim belə ciddi iradə ilə Sənin dərgahında raz-niyaz edir və Səni çağıran və arzularına çatanların duası, fəryadına yetənlərin fəryadı, çətinliyini aradan qaldırdığın çarəsizlər, yaxud bağışladığın günahkar və xətakar, yaxud nemətini tamamladığın sağlam insan, öz sərvətindən hədiyyə verdiyin yoxsul kimi Səndən istəyirəm. Belə duanın Sənin dərgahında həqiqət və məqamı vardır.

Səndən istəyirəm ki, Muhəmməd və Muhəmmədin Əhli-beytinə salam yetirəsən, mənim də dünya və axirət hacətlərimi rəva edəsən! Bu, əziz və girami Rəcəb ayıdır; elə bir aydır ki, onun vasitəsilə bizə izzət veribsən.

O, hörmətli ayların birincisidir və onun vasitəsilə ümmətlər arasından bizi əziz edibsən. Ey ehsan və kərəm sahibi! Bu ayın və Sənin ən böyük, (üç dəfə), əzəmətli və kəramətli adının – xəlq etdiyin, Öz ərşinin kölgəsində yerləşdirdiyin və Səndən başqasına doğru xaric olmayan adının vasitəsilə Səndən istəyirik ki, Muhəmməd və onun pak Əhli-beytinə salam yetirəsən, bizi bu ayda Sənin itaətinlə məşğul olanlar və Sənin şəfaətinə ümid bəsləyənlər sırasında qeyd edəsən! İlahi, bizi doğru yola hidayət et və bizim (qiyamətdəki) istirahət yerimizi Öz yanında, ən yaxşı istirahət yeri, gözəl kölgəlikdə və geniş bir mülkdə təyin et.

Həqiqətən, Sən bizə kifayətsən və (Sən) necə də gözəl vəkilsən! Salam olsun Onun seçilmiş bəndələrinə! Onların hamısına Onun salam və salavatı olsun! İlahi, (risalət şərəfi ilə) fəzilətli etdiyin, öz kəramətinlə qədir-qiymət verdiyin və şərafətli məqama ucaltdığın bu gün (Məbəs günü) bizə bərəkət ver!

Həmin gün bəndələrinə doru göndərdiyin (peyğəmbərliyə seçdiyin) və şərafətli məqama ucaltdığın şəxsə salam yetir! İlahi, ona Sənə şükür olunan, bizə də zəxirə sayılan daimi salam yetir, işimizi asanlaşdır və bizi ömrümüzün sonuna qədər səadət və xoşbəxtlikdən uzaq salma! Sən bizim az əməllərimizi qəbul etdin və bizi Öz lütf və mərhəmətinlə ən yaxşı arzularımıza yetirdin. Həqiqətən, Sən hər bir şeyə qadirsən. Allahın salam və salavatı olsun Muhəmməd və onun Əhli-beytinə!)

(Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Rəcəb ayının fəzilət və əməlləri” bölümü.)


Rza Şükürlü (Maide.Az)
Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031