Dostların ən xeyirliləri İmam Əlinin (ə) misilsiz kəlamlarında
Həzrəti Əli (ə) öz hikmət dolu dəyərli kəlimələri ilə daima həqiqi yol axtaranlara çıraq olub. O Həzrət (ə) dünyanın fitnə ilə dolduğu bir vaxtda, zülmət yolu ilə həqiqətin yolu bir-birinə qarışdığı bir vaxtda öz dəyərili kəlimələri ilə insanların sorağına yetişir.
O Həzrət cəmi bir neçə kəlimədən ibarət bir cümlərlə insanlar üçün, yəni yol axtaranlar üçün “çıraq” yandırır. O Həzrət (ə) buyurur: "Bilin! Kim Allahdan qorxsa, Mütəal Allah onun üçün fitnələrdən bir çıxış yolu, zülmətdən qurtaracaq bir nur bəxş edər." İmam (ə) bu bir neçə kəlməlik cümləsi ilə sankı həyatın düsturunu verir. Yəni bütün dini-dünyəvi qanunları bir kəlimədə birləşdirir: - Allah qorxusu! Kimdə bu xislət olarsa, bu onun dünya və axirətində ona kifayətdir. Qurani Kərim də bunu təsdiq edir: "Sizin Allah yanında ən dəyərliniz (üstününüz) daha təqvalı (Allahdan qorxanınızdır) olanınızdır. (Hucurat-13) Həzrət Əli (ə) kəlamlarını hayatımızın hər bir sahəsində görə və onlardan faydalana bilirik. Çünki İmam (ə) elə mətləblərə toxunur ki, bu mətləblər oz ardınca yeni mətləblər gətirir. Məsələn dostluq movzusunda İmam (ə) elə dostlar bəyan edir ki, bu dostluğ öz ardınca Allaha iman, əhdə vəfa, haramlardan birgə çəkinmək, həqiqət yolunda birgə mübarizə, bütün insani-əxlaqi dəyərləri birgə dirçəltmək və sair bütün müsbət xüsusiyyətləri özündə əks etdirir. İmam Əli (ə) məhz belə isanlara dostluğ etməyi tövsiə edir: 1- "Dostların ən xeyirlisi nəsihətə qulaq asan, bu nəsihəti az çəkişdirəndir". (Ğurərul-hikəm 4978) 2- "Dostların ən xeyirlisi səni sübhan olan Allahın itaətində danlayandır (zəiflik göstərdiyində, nəin ki eyib və nöqsan tutan)" (Ğurərul-hikəm-4986) 3- "Dostların ən xeyirlisi o kəsdir ki, ondan ayrıldıqda sənin üçün darıxsın." (Ğurərul-hikəm-5018) 4- "Dostların ən xeyirlisi odur ki, səni dürüslüyə öz dürüstlüyü ilə, yaxşı əməllərə öz yaxşı əməlləri ilə sövq etsin." (Ğurərul-hikəm- 5022) 5- "Dostların ən xeyirlisi o kəsdir ki, özü xeyir işlərdə öncül olsun və sənidə bu kimi işlərə sövq etsin və bu işlərdə sənə yardımçı olsun." (Ğurərul-hikəm 5021) 6- "Dostların ən xeyirlisi Allahın itaətində və rizasını qazanmaqda sənə dəstək olan, Ona qarşı günahlarında sənə maneə olandır. (Tənbihul-xəvatir 2/123) Oxşar xəbərlər
|