Uşaqları onlarda olan bu xüsusiyyətlərinə görə cox sevirəm - Hz. Peyğəmbər (s)
![]() Həzrət peyğəmbər (s) buyurub ki, hər bir insan dünyaya gələndə pak fitrətdə gəlir, sonradan valideynləri və ya mühüt onları müxtəlif əqidələrə, müxtəlif düşüncələrə gətirib çıxarır. Yəni o günahsız, saf insan övladı böyüdükcə dünyaya bağlanır və bu bağlılığ onu Allahından, öz insanlığından uzaqlaşdırır. Bu səbəblə Peyğəmbər (s) buyurub ki, “mən uşaqlarda 5 xisləti çox sevirəm”. Allah Rəsulu (s) bu beş xisləti saymaqla sanki, böyüklərə onların körpəlik, saflıq dövrünü xatırladır və onları ibrət alıb əvvəlki saflığa, paklığa çağırır. Peyğəmbər (s) buyurub: “Mən uşaqlarda 5 xisləti çox sevirəm: 1-Onlar çox ağlayarlar (Yəni insanın ağlamağı onun qəlbini kövrəldir, yumşaldır. Qəlbi kövrək insan başqalarına zülm etməz) 2- Torpaqla oynayarlar (Yəni torpaqla yalnız oynayarlar. Daha böyüklər kimi torpaq üçün qan tökməzlər. ) 3- Savaşdıqlarında kin saxlamazlar. (Yəni kaş böyüklərdə belə ola. Kin-küdürət nə qədər düşmənçiliyə, müharibə və savaşlara, ölümlərə səbəb olub) 4- Sabah üçün bir şey yığıb saxlamazlar. (Yəni böyüklər kimi dünyaya beş-əllə sarılmazlar) 5- Düzəldərlər, sonra vurub dağıdarlar. (Yəni düzətdilkərinə qəlbən bağlanmazlar. Kaş böyüklər də dünyaya, əşyalara bu qədər bağlı olmayalar. Hər hansı bir əşya üçün bir-birini təhqir etməyəydilər). (Məvaizul-ədədiyyə 289) Oxşar xəbərlər
|