İkiüzlü və münafiqləri bu sifətlərlə tanıyaq – Dörd əlamət
Mьəllif: admin1
Tarix: 10-03-2023, 21:27
İkiüzlü və münafiqləri bu sifətlərlə tanıyaq – Dörd əlamət
Münafiq sözünün lüğəti mənası nifaq, fitnə törədən mənasındadır. Çünki münafiqin məqsədi yalnız öz şəxsi mənfəətidir.

Buna görə o, hər simaya düşməyə hazır olan bir insandır. Bu səbəbdən münafiq sözü ikiüzlü kimi mənalandırılır.

Qurani Kərim də münafiqlər barədə çox bəhs etmiş, onları məzəmmət olunanlar cərgəsində xatırlatmışdır. Hətta Quran münafiqin yerini cəhənnəmin ən aşağı təbəqəsi olduğunu da bildirir.

Quranın bu cür tanıtması, münafiqin insanların ən alçağı olduğunu tanıtması deməkdir. Çünki onlar heç dəstədən deyllər, hər kəsin yanında bir sifətdə olurlar:

“(Ya Rəsulum!) Əlbəttə, münafiqlərin yeri Cəhənnəmdə dərkil-əsfəldədir (ən aşağı təbəqədə). Sən heç vaxt onlara yardım edən tapmazsan!” (Nisa-145)

Allah Rəsulu (s) münafiqləri 4 sifətlə tanıtdırır və insanları bu kimi simaya sahib olan şəxslərdən kənar olmağı tövsiyə edir.

Peyğəmbər buyurub (s): “Bu 4 xislət kimdə olarsa o əsl münafiqdir və ya bu sifətlərdə hər hansı birisi bir kəsdə olarsa, onda münafiqlikdən əlamət vardır:

1-Ona bir şey əmanət edildikdə xəyanət edər.

2- Danışdıqda yalan danışar.

3- Söz verdikdə sözünə dönük çıxar.

4- Düşmənçilik edəndə haqqa(insafa, ədalətə) riayət etməz.”

Qurani Kərim günahkarları məzəmmət edir, onları cəzalandıracağına vədə verir. Lakin münafiqlik digər günahlardan daha çox məzəmmət edilir, hətta yuxarıda qeyd etdiyimiz ayədə (Nisa-145) münafiqin yerinin cəhənnəmin ən aşağı təbəqəsi, ən pis yeri olduğunu bildirir və Quran bunu “dərkil-əsfəl” kimi bəyan edir.

“Dərkil-əsfəl” ifadəsində “dərk” ən aşağı mənasındadır. Necəki behşitin dərəcələri vardır, həmçinin cəhənnəmin də dərəcələri vardır. “ (Nur təfsiri)

Çünki münafiq günahkar olamqla yanaşı qəlbində xəyanət və nifaq vardır!


Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031