Evlilik binası – Uca Allahın inşasını ən sevdiyi binadır
Mьəllif: admin1
Tarix: 9-03-2022, 17:19
Evlilik binası – Uca Allahın inşasını ən sevdiyi binadır
Allah Təala insanı elə xəlq etmişdir ki, onun munisə ehtiyacı vardır ki, həm maddi və həm də mənəvi ehtiyaclarını təmin etsin və bir yerdə kamala çata bilsinlər. Ona görədir ki, Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim evlənər, həqiqətən də dininin yarısını qorumuş olar”.

Qurani-Kərim müsəlmanları evliliyə təşviq edir və onu bir dini vəzifə kimi təqdim edir.

“(Ey gənclərin ixtiyar sahibləri,) subay kişilərinizi və ərsiz qadınlarınızı, eləcə də qul və kənizlərinizdən evlənmək istedadı olanları evləndirin. Əgər yoxsul olsalar, Allah onları Öz lütfü ilə dövlətli edər. Allah sonsuz genişlik sahibi və biləndir”. (“Nur” 32).

“Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması – onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tövhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. (“Rum” 21).

“Əgər yetim qızlar barəsində (həmin dövrün adət-ənənəsinə uyğun evlənəcəyiniz təqdirdə) ədalətə riayət etməyəcəyinizdən qorxsanız, onda meyliniz olan (başqa) qadınlardan ikisi, ya üçü və ya dördü ilə evlənin. Və əgər birdən ədalətlə rəftar etməyəcəyinizdən qorxsanız, onda, yalnız bir qadınla, ya aldığınız bir kənizlə kifayətlənin. Bu iş sizin yolunuzu azmamağınıza və zülm etməməyinizə daha yaxındır”. (“Nisa” 3).

Həzrət Peyğəmbər (s) buyurur: “İslam dinində heç bir bina Allah yanında evlilik binası kimi ən sevimli şəkildə inşa edilməmişdir”.

Belə isə, möminlər səy etməlidirlər ki, imkanları qədər tez evlənsinlər və eləcə də, ətraflarında olan subayların ailə qurmaları üçün əllərindən gələni etsinlər.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031