“Başını səcdədən qaldır ki, sənə əzab verməyəcəyəm...”
![]() Biz Həzrətin (ə) xidmətinə gələndə hal-əhvaldan sonra ondan soruşduq ki, danışdıqları hansı dildə idi. İmam (ə) buyurdu: “Bəli, mən İlyası (ə) xatırlamışdım ki, o, Bəni-İsrayilin abid peyğəmbərlərindən idi. Onun səcdədə oxuduğu duanı oxudum”. Sonra həmin duanı bizim üçün süryani dilində oxudu və onu ərəb dilinə tərcümə etdi. Dedi: “İlyas səcdədə belə dua edərdi: “Allahım! Həqiqətən Sənə elə baxım ki, mənə əzab verəcəksən, halbuki isti günlərini Sənə xatir oruc tutaraq susuzluq çəkmişəm? Sənə elə baxım ki, mənə əzab verəcəksən, o halda ki, Sənin üçün üzümü səcdədə torpağa sürtmüşəm? Sənə elə baxım ki, mənə əzab verəcəksən, halbuki Sənə xatir günahlardan uzaq olmuşam? Sənə elə baxım ki, mənə əzab verəcəksən, o halda ki, hər gecə Sənin üçün ibadət etmişəm?”. Allah İlyasa (ə) vəhy edir: “Başını səcdədən qaldır ki, sənə əzab verməyəcəyəm”. İlyas (ə) deyir: “Ey böyük Allah! Əgər bu sözü dedin ki, sənə əzab verməyəcəyəm və sonra mənə əzab versən, nə edim? Məgər belə deyildirmi ki, mən Sənin bəndən, Sən də mənim Pərvərdigarımsan?”. Allah yenə vəhy edir: “Başını səcdədən qaldır ki, Mən sənə əzab verməyəcəyəm. Verdiyim vədəyə əməl edəcəyəm””. (İslami saytlara istinadən) Oxşar xəbərlər
|