Bir Fatimə tanıyıram...
Mьəllif: admin1
Tarix: 14-12-2022, 11:10
Fatimə binti Muhəmməd (s)
Bir Fatimə tanıyıram - ədəbin, əxlaqın, iffətin, ismətin sərçeşməsinin ən gözəl Kövsəri. Bir Fatimə tanıyıram – müjdəçisi Həzrət Cəbrayıl idi. Bir Fatimə tanıyıram –“atasının anası” idi. Bir Fatimə tanıyıram – kiçik bir həmsöhbət idi atasına. Bir Fatimə tanıyıram – kiçik ikən ən böyük idi. Bir Fatimə tanıyıram – Quran ona “Kövsər” deyir. Bir Fatimə tanıyıram – “Qadın üçün ən xeyirlisi nədir” sualına ən mükəmməl cavabı məhz o verdi. Bir Fatimə tanıyıram – Kor şəxsin müqabilində belə, pərdə arxasına keçən, Allah Rəsulunun (s) qızım o kordur səni görmür deyincə; “Atacan mən ki onu görürəm” deyib bütün bəşəriyyətə hicabın, ədəbin əxlaqın əsl mahiyyətini bir cümlə ilə çatdırdı. Bir Fatimə tanıyıram – həyatın bütün sahələrində aktiv, fəal bir qadın nümunəsi. Bir Fatimə tanıyıram – atasını şəhid etdilər. Bir Fatimə tanıyıram – atasının ayrılığına görə deyil, çəkdiyi acılar üzündən yetimliyini hiss etdi. Bir Fatimə tanıyıram – qüdrətli olduğu halda məzlum idi. Bir Fatimə tanıyıram – Mushəfinin katibi Allahın aslanı idi. Bir Fatimə tanıyıram – hədiyyəsi əlindən zorla alınan Fatimə. Bir Fatimə tanıyıram – Atasının öpüb, qoxladığı, mübarək əli ilə oxşadığı üzə xəyanətkar bir əl uzandı. Bir Fatimə tanıyıram – Cəbrayılın (ə) hörmətlə nazil olduğu evdə, xəyanətə məruz qaldı. Bir Fatimə tanıyıram – Bu ümmətə əmanət idi. Bir Fatimə tanıyıram – Allah Aslanının uğruna can fəda etdi. Bir Fatimə tanıyıram – Qaranlığın bətnini öz nuru ilə dəldi. Bir Fatimə tanıyıram – Dəfninə gecə şahid oldu. Bir Fatimə tanıyıram – Günəş dünyanı nur saçıb isidərkən vəhy evi onun yoxluğu səbəbi ilə donurdu. Bir Fatimə tanıyıram – torpağa yox, qəlblərə dəfn olundu. Bir Fatimə tanıyıram – onu axtaranları hidayət etdi. Bir Fatimə tanıyıram – Xeybəri fəth edən qəhrəmanı yalqız və tənha buraxdı. Bir Fatimə tanıyıram – deyirəm, lakin yenə də onu heç tanımıram. ..................................................................................................................................... Fatimə binti Əsəd. Bir Fatimə tanıyıram – Kəbə onun üçün yarıldı. Bir Fatimə tanıyıram –Kəbədə Fatiməyə yar olacaq nuru göy üzündən yer üzünə nazil etdi. Bir Fatimə tanıyıram – Həzrət Xədicədən sonra Allah Rəsuluna (s) iman gətirən ikinci xanım idi. Bir Fatimə tanıyıram – Məkkədən Mədinəyə həzrət Əli (ə) ilə hicrət edən ilk qadın idi. Bir Fatimə tanıyıram – Peyğəmbərə (s) beyət ilk beyət edən qadın idi. Bir Fatimə tanıyıram – Allah Rəsuluna(s) kiçik yaşlarında himayədarlıq etdi. Bir Fatimə tanıyıram – Allah Rəsulu (s) o vəfat etdiyində “anam vəfat etdi” buyurdu. Bir Fatimə tanıyıram – Allah Rəsulu (s) onu öz köynəyinə bükərək qəbrində bir neçə anlıq uzandı. Bir Fatimə tanıyıram – Bəziləri onun bu əməllərinə təəccüb etdikdə buyurdu: “Niyə təəccüb edirsiniz. Həqiqətən o, mənim anam idi. O yeməyi ilk öncə mənə verər məni doyurar sonra övladlarına verərdi, və digər bütün işlərdə mənə önə salardı.” Bir Fatimə tanıyıram – Allah Rəsulu (s) onun barəsində buyurdu: “Əbu Talibdən sonra mənə ən çox yaxşılıq edən o idi.” Bir Fatimə tanıyıram – Cəbrayıl (ə) buyurdu: “O Cənnət əhlidir. Allah 70 min mələyə əmr etdi ki, ona cənazə namazı qılsın.” Bir Fatimə tanıyıram – Allah Rəsulu (s) öz mübarək əlləri ilə onu dəfn etdi. Bir Fatimə tanıyıram – İbn Abbas “Mumtəhinə 12-ci ayəsi onun barədə nazil oldu” buyurdu. ..................................................................................................................................... Fatimə binti Muhəmməd (s) Bir Fatimə tanıyıram –Ondan bizə bir Yusif (ə.f) əmanət qalıb. Bir Fatimə tanıyıram – Özü kimi Yusifidə (ə.f) məzlumdur. Bir Fatimə tanıyıram – Yusifinin (ə.f) gəlişi ilə məzarı ziyarətgaha çevrilər. Bir Fatimə tanıyıram – Yusifini (ə.f) o da gözləyir. Bir Fatimə tanıyıram – Fatimələr sorağındadır. Bir Fatimə tanıyıram –Fatiməsiz qalıb. Mahir Şəkərov – İlahiyyatçı araşdırmaçı Oxşar xəbərlər
|