İffətli insan üçün 8 tələ
İffət – insanın öz nəfsi istəklərinin qarşısında müqavimət göstərməsidir. Hər nə ki, şəhvət qüvvəsini təhrik edər – iffətin bəlası hesab olunar. Ona görə də iffətin bəlaları:
1. Haram baxışlar. İffətin ən təhlükəli bəlası – haram baxışlardır. İmam Əli (ə) buyurur: “Gözlər – şeytanın tələləridir”. 2. Naməhrəmlə xəlvət etmək. Məsumlarımız (ə) buyurur ki, hər kim naməhrəmlə xəlvət edər, orada üçüncü şəxs şeytan (lən) olar. 3. Bekar olmaq. İmam Əli (ə) buyurur: “Allah sağlam və bekar insanı ki, nə dünya işindədir, nə də axirət – düşmən bilər”. 4. Qadınla kişinin bir yerdə fasilə gözləmədən işləməsi və ya bir mühitdə qərar tutması. Həzrət Peyğəmbər (s) buyurur: “Naməhrəm qadın və kişilər arasında fasilə qoyun. Çünki qarışmaq nəticəsində elə dərd və bəlaya giriftar olarlar ki, dəvası yoxdur”. 5. Naməhrəm qarşısında bəzənmək və ətir vurmaq. Həzrət Peyğəmbər (s) buyurur: “O qadın ki, xoş ətir vurar və evindən çıxar, evə qayıdana qədər lənətə düçar olar”. 6. Fasid toplumda yaşamaq. “O kəslər ki, şəhərlərdə tüğyan etdilər. Və oralarda çoxlu fitnə-fəsad törətdilər”. (“Fəcr” 12). 7. Nalayiq insanlarla dostluq etmək. İmam Sadiq (ə) buyurur: “Layiqli deyildir ki, müsəlman günahkar, axmaq və yalançı şəxslə dostluq planı qursun”. 8. Öz ailəsində əxlaqi dəyərlərin axsaması. Əgər ailədə ana münasib olmayan geyimlər geyinirsə və burada naməhrəmlə məhrəm sərhədləri qorunmursa, bu zaman iffət təhlükəyə düşər. Allah Təala cəmi iman əhlinə iffətlilik nəsib etsin. /Deyerler.org/ Oxşar xəbərlər
|