Həzrət Məhəmməd (s): “Sədəqə Allahın qəzəbini yatırar”
![]() Həzrət Məhəmməd (s) peyğəmbərimiz sədəqə verməyin fəzilətləri haqda buyurub: “Qiyamətin torpağı (bütövlüklə) atəşdir, möminin kölgəsindən başqa. Çünki verdiyi sədəqə onun üzərinə kölgə salar.”[2] “Qiyamət günü insanlar arasında məhkəmə başlayanadək, hər kəs öz sədəqəsinin kölgəsindədir.” [3] “Sədəqə Allahın qəzəbini yatırar.” [4] İmam Əli (ə) buyurub: “Sədəqə cəhənnəm odunun qarşısında bir sipərdir.”[5] Allah Qurani-Kərimdə buyurur: “Məgər bilməmişlər ki, bəndələrindən tövbəni və sədəqələri qəbul edən yalnız Allahdır. Allah tövbələri qəbul edən və rəhimlidir.” [6] İmam Sadiq (ə): “Allah-taala buyurur: Yalnız sədəqdən başqa elə bir şey yoxdur ki, onu götürməyə bir nəfəri məmur etməyim. Sədəqəni dərhal öz əlimlə qəbul edərəm.”[7] Sədəqə bəlanın qarşısını almaq barədə Həzrət Peyğəmbərimiz (s) buyurub: “Sədəqə yetmiş növ bəlanın qarşısını alar, onların ən sadəsi cüzam və dəri xəstəliyidir.” [8] “Sədəqə şərrin yetmiş qapısını bağlayar.” [9] “Sədəqə pis və dəhşətli ölümün qarşısını alar.”[10] “Sədəqə verin və öz xəstələrinizi sədəqə ilə müalicə edin. Çünki sədəqə xoşagəlməz hadisələrdən və xəstəliklərdən qoruyar, ömrü və savabları artırar.” [11] Əmirəl-möminin həzrət imam Əli (ə) buyurub: “Sədəqə faydalı dərmandır.” [12] [1] Tövbə, ayə 103 [2] əl-Kafi, c.4, səh.3, hədis6 [3] Kənzul-Ummal, hədis 16068 [4] Kənzul-Ummal , hədis 16114 [5] Vəsailuş-Şiə, c.6, səh. 258 , hədis17 [6] Tövbə, ayə 104 [7] Biharul-Ənvar, c.96, səh. 134, hədis68 [8] Kənzul-Ummal, hədis 15982 [9] Birahul-Ənvar, c.96, səh. 132, hədis24 [10] əl-Kafi, c.4, səh.2, hədis1 [11] Kənzul-Ummal, hədis 16113 [12] Nəhcül-Bəlağə, hikmət 7 www.ahliman.info Oxşar xəbərlər
|