Üzündən oxumaq hara, mənasına diqqət etmək hara?!
Mьəllif: admin1
Tarix: 9-01-2023, 20:48
Üzündən oxumaq hara, mənasına diqqət etmək hara?!
Almanın, armudun qabıqlarının özünəməxsus xasiyyətləri vardır. Ancaq heç birində almanın və ya armudun məğzinin, yəni içinin xasiyyəti yoxdur. Və əgər belə bir xasiyyətə malik olarsa, məhz elə həmin almadan və ya armuddan götürmüşdür.

Quranın üzündən oxunması ilə mənasına diqqət edilməsi də almanın qabığı ilə məğzi misalı kimidir. Quranı üzündən oxumaq – əlbəttə ki, faydalıdır. Ancaq oxumaq hara, mənasına diqqət etmək hara?!

O kəs ki, Quranı qarşısına qoyub ancaq üzündən oxumaqla kifayətlənərsə, boşqabın içinə alma qabıqlarını dolduran insan kimi olar.

Ancaq bu qabıqları yeməklə məşğul olar. Bəli, qabıq da faydalı ola bilər. Amma, almanın məğzi qalar. Ona görə də qabıq hara, məğzi hara?

Quranı üzündən oxumaq da bu misala bənzəyir. Quranı oxuyan insan əgər ruhunu qidalandırmaq istəyirsə, gərək onun mənasına diqqət etsin. Ona görə də mənaya diqqət edək ki, ruhumuzu qidalandıra bilsin.


/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031