Dünyada 3 şeyi dərk etməliyik
Övliyaların nəsihətlərindən: “Ey insanlar! Bilin ki, dünya üç şeyə görə rəğbət edilməldir:
1. İzzət üçün, 2. Ehtiyacsızlıq üçün, 3. Rahatlıq üçün. O kəs ki, qənaət edər, davamlı olaraq əziz olar. O kəs ki, dünya məsələrinə qarşı rəğbət göstərməz və istəkləri, meyilləri olmaz – həmişə ehtiyacsız olar. O kəs ki, dünyaya çatmaq üçün səylərini az edərsə, rahat olar”. Həzrət Peyğəmbər (s) buyurur: “Bir şey vardır ki, hər kəs məndən qəbul edərsə, behişti onun üçün qəbul edərəm”. Suban deyir: “Mən qəbul edirəm”. Həzrət (s) buyurur: “Heç kəsdən heç nə istəmə. O şeyin ki, var – ona qane ol”. O gündən sonra hətta nə zaman Subanın əlindən qamçısı da düşsə idi, özü əyilib onu götürərdi. Heç kəsdən xahiş etməzdi. /Deyerler.org/ Oxşar xəbərlər
|