İnsanın səadət yolunu Allahdan yaxşı kim tanıya bilər?!
Mьəllif: admin1
Tarix: 28-12-2017, 21:19
İnsanın səadət yolunu Allahdan yaxşı kim tanıya bilər?!
İnsan Nyutonun qanunlarını, nisbilik nəzəriyyəsini bilmədən də xoşbəxt ola bilər. Nə Nyuton, nə də Eynşteyn bu biliklərdən xəbərsiz insanları bədbəxt hesab etmişlər.

Bəs dini biliklər necə? Bu biliklərə malik olmayan insan xoşbəxt ola bilərmi? Əgər insan hətta cəmiyyətdən ayrılıb kimsəsiz bir səhraya pənah apardıqda belə, öz qanunları ilə yaşaya bilmirsə, demək, daha üstün qanunlara ehtiyacı vardır.

Yalnız ən qüdrətli varlığın çıxardığı qanuna tabe olan insan xoşbəxt ola bilər. Ən qadir varlıq isə Allah-təaladır və onun qanunları bütün varlıq aləmini öz təsiri altında saxlayır.

İnsanın səadət yolunu Allahdan yaxşı kim tanıya bilər?! Böyük Yaradan isə göndərdiyi din vasitəsi ilə insana xoşbəxtlik yolunu göstərir. Demək, dini biliklərdən məhrum insanın səadət yolunu tapması qeyri-mümkündür.

Amma ali dini təhsil almaq olduqca çətindir. İslam elmləri nəhayətsiz bir ümmandır. Bu elmlərə yiyələnmək istəyənlər tarix boyu vətənindən və doğmalarından ayrılıb uzaq ölkələrə hicrət etmiş, min bir əziyyətə qatlaşaraq islami biliklərə yiyələnmişlər. Belə bir fədakarlıq çətin olsa da, insan zəruri dini biliklərdən xəbərsiz qala bilməz. Gündəlik mütaliə üçün vaxt ayırmaq olduqca zəruridir.
Oxşar xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930