Vəsvəsədən qurtulmaq üçün Məsumlardan (ə) tövsiyə
Mьəllif: admin1
Tarix: 26-12-2021, 21:38
Vəsvəsədən qurtulmaq üçün Məsumlardan (ə) tövsiyə
Məsumlardan (ə) gələn hədislərdən bu qənaətə gəlmək olur ki, vəsvəsə insanın cəhalətindən qaynaqlanır. Ona görə də hər kim vəsvəsəsinə fikir verərsə, adət halını alar.

Əksinə, dinimiz buyurur ki, öz şəkkinizin əksinə əməllər yerinə yetirin. Ancaq ümumi insanların nəcis hesab etdiyi şeylərdən çəkinin, ondan çoxundan deyil.

Qüslda, dəstəmazda, paltarlarınızın yuyulmasında başqa insanlar kimi rəftar edin. Əgər insan bu mövzularda vəsvəsə edərsə, həqiqətdə israfa yol vermiş olar ki, bu da günahdır. Ona görə də hər bir məsələdə ifrat cəhalət hesab olunursa, təfrit də cəhalətdir. Vəsvəsə edən insan da ifrat edəndir.

İmam Əli (ə) buyurur: “İfrat və təfritin hər ikisi cəhalət və ağılsızlığın nişanəsidir”.

İmam Sadiq (ə) namazda şəkk edərək onu tez-tez kəsməklə bağlı buyurmuşdur: “Namazı kəsməklə xəbis şeytanı özünüzə adət etdirməyin ki, bu işlə onu tamaha salırsınız. Çünki şeytan xəbisdir. Hər nəyə adət etdirilərsə, adət olar.

Ona görə də sizlərdən hər kim (kəsirul-şəkk olarsa) şəkkinə etina etməsin və namazını tez-tez kəsməsin. Əgər bir neçə dəfə şəkkinə etina etməzsə, artıq şəkkə düçar olmaz. Əgər (şeytana) itaətsizlik edilərsə, bir daha sizə tərəf gəlməz”.

Dinimiz bu xəstəliyi aradan qaldırmaq üçün buyurur ki, nəcis hesab etdiyiniz həmin bədən və ya paltarla namaz qılın, heç bir maneəsi yoxdur – çünki, yəqininiz yoxdur.

Dini mərcələrimiz buyurur: “Əgər vəsvəsəyə düçar olmusunuzsa, tək dərman yolu – etinasızlıqdır. Bizim sizə fitvamız budur ki, başqa möminlərin bu vəzifələrə nə qədər etina etdiyinə diqqət edəsiniz. Siz də o qədərini etina edəsiniz. Qalanları sizin üçün pakdır”.

Ona görə də hər kim vəsvəsə xəstəliyinə düçar olar, bilsin ki, cahildir və cəhalətini aradan qaldırmaq üçün ona lazım olan elmə yiyələnib, bu sahədə dinimizin və alimlərin buyuruşlarına qulaq verməlidir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031