FƏRƏC DUASININ MƏNASI
Mьəllif: admin1
Tarix: 13-12-2021, 21:40
FƏRƏC DUASININ MƏNASI
İmamlarımız bizə Axirəz-zamana yaxın baş verən sıxıntılarda bu duanı oxumağı sifariş etmişlər:

“Ey Allah! Ey Rəhman! Ey Müqəllibəl-qulub! (Ey qəlbləri döndərən, dəyişən!) Bizim qəlbimizi öz dinində sabit (dayanıqlı) et!” (“Biharül-ənvar”, c. 52, səh. 148; c. 92, səh. 326; c. 2, səh. 351)

Amma nə edək ki, dərman dalınca getmək əvəzinə dərd dalınca gedirik.

“Ya müqəllibəl-qulub, səbbit qəlbi əla dinik”in mənası budur ki; “Ey Rəbbim! Bizi öz bəyəndiyin məqama çatdır və həmin məqamda saxla.”

Sirat elə buradan başlayır. Əgər azacıq da olsa bu yoldan kənara çıxsaq, Allah bilir hansı uçuruma yuvarlanacağıq.

Əgər bir adamın işləri bərbaddırsa ya irəli getmiş, ya da geridə qalmışdır. Hər halda orta həddə riayət etməmişdir.

Biz məsum olmadığımıza görə Allah-təaladan bizə orta həddi nəsib etməsini və bizləri həmin məqamda sabit saxlamasını istəyirik. (“Biharül-ənvar”, c. 52, səh. 148; c. 92, səh. 326; c. 2, səh. 351)
Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031