Allahı ən gözəl adlarla çağırın!
Mьəllif: admin1
Tarix: 12-12-2021, 19:25
Allahı ən gözəl adlarla çağırın!
Allah Təalanın təkliyi, Onun ilahiyyətinə və ubudiyyətinə ((pərəstiş edilən yeganə varlıq) olmasına inam dinin əsas ğayəsi, əsas hədəfidir.

Digər bütün işlər və əməllər bu əsas üzərində dayanır. İnsanın Allah barəsində biliyi və məlumatı hər kəsdə eyni olmamasına baxmayaraq ümumilikdə müəyyən məhdud çərçivədədir.

Çünki məhdud görüşə və məhdud ağıla sahib olan insan Mütləq Yaradanı haqqında tam məlumata malik olması mümkün deyil.

İnsan yalnız Allahın ona verdiyi potensial qədərində dərk edə bilir.

Allah Təala Öz kitabında Özünü adlarla vəsf edir. Yəni insanla insanın dilində danışır.

İnsanı başa salmaq üçün Özünə adlar nisbət verir ki, insan o adlarda təfəkkür tapsın və rəbbini bu adlarla tanısın:

“Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin”. (Əraf- 180)

Əslində bu adların tanınmasında, bu adların bilinməsində ilahi bir hikmət vardır. Bu o demək deyil ki, Allahın bu adlardan xoşu gəlir. Sübhan Allah.

Allahın adlarının əsasında etiqad durur. Hər kəsin bu müqəddəs adları bilməsi, yaxud Allah Təalanı bu adlarla çağırması bu ada etiqadlı olması deməkdir.

Məsələn Rəhman adıyla çağırmaq Allah Təalanın rəhmətini, Onun dünyada hər kəsə rəhm edən olmasını təsdiq etmək deməkdir.

Ən gözəl adların Allaha məxsus olması və bu adlarla çağırmaq təklifi Allahın insanları etiqada dəvət etməsidir.

Bu mübarək adın hər biri bir əsaslı etiqaddır.Bütün məxluqat Onun ixtiyarındadır.

İnsanların Allah Təalanı bu adlarla tanıması o deməkdir ki, insan tanıdığı, bildiyi bu adın ən kamil forması Allaha məxsusdur.

Allahı ən gözəl adlarla çağırın ki, O da bu gözəllikləri sizə tanıtdırsın.


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031