Allaha hansı zikrlərlə şükür edək?
Mьəllif: admin1
Tarix: 16-11-2021, 22:30
Allaha hansı zikrlərlə şükür edək?
Allah Təalanın biz bəndələrə inayət etdiyi nemətlərinə görə şükrünü yerinə yetirmək üçün bir çox zikrlər təqdim edilmişdir ki, onların bəzisi isə tanış olaq.

1. الحمدلله ("Əlhəmdulilləh") İmam Sadiq (ə) buyurur: “Hər bir nemətin şükrü üçün – baxmayaraq ki, böyük belə olsa, “Əlhəmdulilləh” demək kifayətdir”.

2. «الحمدلله رب العالمین» ("Əlhəmdulilləhi Rabbil-aləmin") Hədislərdə oxuyuruq: “Əgər insan hər səhər 4 dəfə bu zikri deyərsə, o gecənin şükrünü yerinə yetirər. Əgər gecə deyərsə, o gündüzün şükrünü yerinə yetirər”.

3. «و الحمدلله علی کل نعمة» ("Vəlhəmdulilləh alə kulli ni'mət") Hədislərdə oxuyuruq ki, Həzrət Peyğəmbər (s) nə zaman bir hadisəyə sevinərdi, bu zikri dilinə gətirərdi.

4. «الْحَمْدُ لِلَّهِ کمَا هُوَ أَهْلُهُ» ("Əlhəmdulilləhi kəmə huvə əhluhu") İmam Sadiq (ə) buyurur: “Əgər kimsə bu cümlə ilə Allaha həmd edərsə, səmadakı mələklər bu cümlənin savabını yazmaqla məşğul olarlar. Hər nə qədər yazarlar, görərlər ki, bacarmırlar”. Yəni, bu şükrün savabını yazmaqda aciz qalarlar.

5. «الْحَمْدُ لِلَّهِ بِجَمِیعِ مَحَامِدِهِ کلِّهَا عَلَی جَمِیعِ
نِعَمِهِ کلِّهَا» Bu cümlə bütün şükürləri özündə cəm edər. Mənası odur ki, mən Allahı bütün növ həmd və sitayişlərlə əvvəldən axıra qədər olan bütün nemətlərinə görə şükür edirəm. Bu zikr İftitah duasında gələn zikrlərdən biridir.

6. «إِلَهِی فَلَک الْحَمْدُ أَبَداً أَبَداً دَائِماً سَرْمَداً
یزِیدُ وَ لَا یبِیدُ کمَا تُحِبُّ فَتَرْضَی» “Şəbaniyyə” münacatında gələn şükür zikridir. Yəni, Allahım mən Sənə həmd edirəm həmişə və əbədilik üçün. Sonu olmasın və sona çatmasın. Allahım, Sən yaxşısan və bütün yaxşılıqlar Sənin üçündür. Sənə sitayiş edirəm.


/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031