Günah fikirlərdən necə xilas ola bilərik?
Mьəllif: admin1
Tarix: 26-11-2024, 11:40
Günah fikirlərdən necə xilas ola bilərik?
İnsan hər an imanını şeytanın (lən) hücumlarından qorumalı və zehnini günah fikirlərdən uzaq saxlamağı bacarmalıdır.

Bəs bunun üçün nə etməli? Bəzi tövsiyələr verilir ki, onlara nəzər salaq:

1. Çalışın xəyallarınıza nəzarət edəsiniz. Yağışın yağması bizim əlimizdə deyildir. Ancaq çətirin altına girmək bizim əlimizdədir.

2. Diqqətinizi başqa şeylərə vermək bacarığını əldə edin. Bunun üçün “Nas” surəsini zümzümə edin. Vurma cədvəlini təkrar edin. Ya da səmadakı buludlara tamaşa edin.

3. Bu əməlin savabı barəsində düşünün. Belə ki, Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, bu fikirlərdən xilas olan – şəhidin əcrinə malik olar.

4. Qəlb və dil zikrinə adət etmək. Qəlb və dil daima Allahı xatırlayıb, zikr etsin.

5. Namaz insanı pis əməllərdən və fikirlərdən saxlayar. Ona görə də namazınızı həm zahiri və həm də batini təharətlə yerinə yetirməyə çalışın.

6. Allah və Məsum İmamlar (ə) müqəllibul-qulubdurlar. Ona görə də onlara təvəssül edib, dua edərək bu bəladan xilas olmaq olar.

7. Özünüzü həmişə məşğul halda saxlayın. İmam Əli (ə) buyurur: “Əgər sən nəfsini bir işlə məşğul etməsən, o, səni özü ilə məşğul edər”.

8. Allaha təvəkkül etmək. Hər bir düyünün açarı Allahın əlindədir. Ona görə də əgər günah fikirlərdən xilas olmaq istəyiriksə gərək Allaha təvəkkül edib, Ondan yardım istəyək.

Allahdan səbir və mətanət istəyək. Lakin sadəcə təvəkkül etməklə qane olmayaq. Onunla yanaşı, o biri əməlləri də yerinə yetirək ki, ancaq bu zaman müsbət nəticə əldə edə bilərik.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031